Elmar Baxşıyev: "Komanda şəklində gündən-günə daha yaxşı olmağa çalışacağıq"

20.07.2023 | 1738 dəfə oxunub

Türkiyədə təşkil olunan təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirən “Qəbələ” Şimali Makedoniyanın “Qostivar” klubu ilə görüşüb.

Stadium.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşma haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: 

“Təlim-məşq toplanışı çərçivəsində üç oyun keçirməyi planlaşdırırdıq. Bunu da gerçəkləşdirdik. Hazırlıq prosesini zədəsiz başa vurmağımız sevindiricidir. Ən önəmli faktorlardan biri də budur. Bu üç matçın faydalı olduğunu düşünürəm. Bütövlükdə toplanış da bizim üçün faydalı alındı. Çünki komanda yenidir və bu müddətdə futbolçular bir-birinə daha da uyğunlaşdılar. Ümumilikdə üç görüşü dəyərləndirsək, komanda hər qarşılaşmada hansısa bir aspektdə inkişaf etdi. Bu, bizi sevindirir. “Omoniya” ilə ilk matça qədər bir az da vaxtımız var. Düşünürəm ki, həmin müddətdən daha da yaxşı istifadə edəcək və futbolçuları ilk görüşə hazırlayacağıq. Seçdiyimiz oyunçular daha artığını edəcəyi ilə bağlı siqnal verir. Matçdan-matça daha məzmunlu, daha keyfiyyətli futbol nümayiş etdirəcəyik. Komanda şəklində gündən-günə daha yaxşı olmağa çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail