Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
AFFA "Xəzər Lənkəran"la bağlı açıqlama verdi
12.04.2012 | 6754 dəfə oxunub
AFFA FIFA-nın "Xəzər Lənkəran"la bağlı AFFA-ya və kluba ünvanladığı məktubla əlaqədar mövqeyini açıqlayıb. Stadium.az xəbər verir ki, bu barədə qurumun saytında yer alan məlumat aşağıdakı kimidir:
FİFA-nın “Xəzər – Lənkəran” klubu ilə bağlı AFFA-ya və kluba ünvanladığı məktubla əlaqədar olaraq bildiririk ki, 13.10.2010-cu il tarixdə FİFA-nın Mübahisələrin Həlli Palatası “Xəzər Lənkəran” FK-nın futbolçu Romulo Silvano Silvaya 30 gün müddətində 114 000 (yüz on dörd min) ABŞ dolları ödəməsi barədə qərar qəbul etmişdir. Qərara əsasən, göstərilən məbləğ ödəniləcəyi vaxta qədər illik 5% cərimənin ödənilməsi də nəzərdə tutulmuşdur. 31.10.2011-ci il tarixdə FİFA-nın Nizam-İntizam Komitəsinin katibliyi borc ödənilmədiyi üçün kluba qarşı inzibati icraat işi başlamış və klubdan 21.11.2011-ci il tarixə qədər borcu ödəməyi tələb etmişdir. “Xəzər Lənkəran” FK 29.11.2011-ci il tarixdə FİFA-nın Nizam-İntizam Komitəsinə müraciət edərək hazırda borcu ödəmək üçün lazımi vəsaitin olmamasını əsas gətirib və ödəmə müddətini uzatmağı xahiş etmişdir. Bundan sonra FİFA-nın Nizam-İntizam Komitəsi 30.11.2011-ci il tarixdə klubun FİFA-nın hüquq orqanının qərarını icra etməməsi barədə məsələyə baxaraq aşağıdakıları qərara almışdır:
1. “Xəzər Lənkəran” FK FİFA-nın hüquq orqanının qərarının yerinə yetirilməməsində günahkar hesab olunsun.
2. “Xəzər Lənkəran” FK FİFA-ya 30 gün müddətində 15 000 (on beş min) İsveçrə frankı cərimə ödəsin.
3. “Xəzər Lənkəran” FK-ya borcun ödənilməsi üçün 30 gün vaxt verilsin.
4. Bu müddət ərzində borc ödənilmədiyi təqdirdə futbolçunun tələbinə əsasən klubun əsas komandasından 6 xal çıxılsın. Xalların çıxılması FİFA-nın tələbinə əsasən yerli assosiasiya tərəfindən həyata keçirilsin.
Bu qərar çıxarıldıqdan sonra “Xəzər Lənkəran” FK 09.02.2012-ci il tarixdə futbolçunun əsas borcunu və FİFA-ya ödəniləcək cərimələri ödəmişdir. Borc gec ödənildiyi üçün 7573 (yeddi min beş yüz yetmiş üç) ABŞ dolları məbləğində hesablanan faiz məbləği ödənilməmişdir. Faiz məbləğinin ödənilməməsi barədə futbolçunun agenti FİFA-ya 12.03.2012-ci il tarixdə müraciət etmiş və klubdan 6 xalın çıxılmasını xahiş etmişdir. Bu şikayət əsasında FİFA-nın Nizam-İntizam Komitəsi 29.03.2012-ci il tarixdə AFFA-ya müraciət edərək klubdan 6 (altı) xalın çıxılmasını və bu barədə FİFA-ya müvafiq sübutun göndərilməsini tələb etmişdir. FİFA tərəfindən AFFA və kluba ünvanlanan sonuncu müraciətdən sonra “Xəzər Lənkəran” FK 30.03.2012-ci il tarixdə əsas borca hesablanmış faizi də ödəmişdir. Borc tam ödənildikdən sonra AFFA FİFA-ya müraciət ünvanlayaraq klubun xallarının çıxılması barədə sanksiyanın tətbiq olunmamasını xahiş edib. Hazırda AFFA bu müraciətinə FİFA-nın cavabını gözləyir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |