Yunis Hüseynov: "AFFA bunun qarşısını ala bilərdi"
FIFA-nın tələbi ilə AFFA İntizam Komitəsi tərəfindən 6 xalı silinmiş "Xəzər Lənkəran" komandasının baş məşqçisi Yunis Hüseynov məsələ ilə bağlı fikrini bölüşüb. Stadium.az saytına açıqlama verən Hüseynov təəssüf hiss keçirdiyini dilə gətirib:
"Xəbəri bir neçə dəqiqə öncə eşitdim və çox pis oldum. Həddindən artıq təəssüflənirəm. Deməyə söz tapa bilmirəm. Bu dəqiqə nə düşünməli olduğumu da bilmirəm. Hər halda, 2008-09-cu illərdə olmuş bir hadisə idi. Məncə, bunun qarşısını almaq olardı. Ən azı, cəza növbəti mövsümün əvvəlində həyata keçirilə bilərdi - yeni mövsümə - 6 xalla başlayası olsaq, belə təsir etməzdi. İndi isə vəziyyət çox çətin hal aldı. Mən bildiyimə görə, futbolçu özü də FIFA-ya müraciətində pulunu aldığını və şikayətini geri götürdüyünü bildirib. Amma qərar belə oldu. Düzdür, futbolda belə şeylər var, ancaq yenə də çox təəssüf edirəm".
Yunis Hüseynov daha sonra hazırda 4-cü sırada qərarlaşmış komandasının şanslarını da dəyərləndirib: "Açığı, bu dəqiqə düşündüyüm tək bir şey var ki, futbolçuları oyuna necə hazırlayacam?! Belə gərgin vəziyyətdə futbolçuları psixoloji cəhətdən oyuna kökləmək çox çətindir. Ancaq bunu bacarmalıyıq. Əlimizdən gələni edəcəyik. Qarşıda 5 oyun var. Düşünürəm ki, bu oyunlarda maksimum nəticə göstərsək, yenə də Avropa Liqasına vəsiqə qazana bilərik. Ancaq yenə deyirəm, belə vəziyyətdə futbolçuları oyunlara hazırlamaq çox çətin olacaq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |