Julius Vobay "Xəzər Lənkəran"a qayıtdı
"Xəzər Lənkəran"ın Syerra Leoneli futbolçusu Julius Vobay komandanın düşərgəsinə qayıdıb. Stadium.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Julius Vobay qış fasiləsi zamanı vətəninə yollanmış və bundan sonra komandanın toplanışına qayıtmayıb. Ardından futbolçunun Misir çempionatında çıxış edən “Əl Məsri” klubunda baxışda olduğu haqqında mətbuatda xəbər yayılıb. “Xəzər Lənkəran” FK bu məsələ ilə əlaqədar dərhal sözügedən kluba məktub və FİFA-ya müvafiq şikayət ünvanladı. Julius Vobayla “Xəzər Lənkəran” Futbol Klubu arasında imzalanmış və 31 dekabr 2012-ci il müddətinə qədər qüvvədə olan müqavilənin ingilis dilinə tərcümə olunmuş nüsxəsi "Əl Məsri" klubu və ali futbol qurumuna göndərilib.
Nəhayət, FİFA Mübahisələrin Həlli Palatasının qərarına əsasən Julius Vobayın “Xəzər Lənkəran”ın futbolçusu olduğu və onun klubla müqaviləsinin mövcudluğu faktı təsdiqlənib. Eyni zamanda, Misir çempionatında baş vermiş məlum iğtişaşlar səbəbindən “Əl Məsri” klubu yerli futbol federasiyası tərəfindən ciddi sanksiyalara məruz qalıb.
Hazırda Julius Vobay "Xəzər Lənkəran"ın düşərgəsindədir. Yaxın günlərdə futbolçu məşq prosesinə qoşulacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |