AFFA Mahir Şükürovu calandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.az xəbər verir ki, tədbirdə ölkə
kuboku və Unibank Premyer Liqanın sonuncu turunda baş verənlərlə bağlı müvafiq
qərarlar çıxarılıb.
Azərbaycan kubokunun ½ final “İnter” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Premyer LiqanınXXIX turunun
“Rəvan” – “Turan” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə
cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 60-cı dəqiqəsində “Rəvan”
klubunun 6 №-li futbolçusu Taqim Novruzov idmançıya yaraşmayan hərəkətə görə
ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq
cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Premyer LiqanınXXIX turunun
“Simurq” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı
vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 54-cü dəqiqəsində
“Sumqayıt” klubunun 10 №-li futbolçusu Eşqin Quliyev kobud oyuna görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq
cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
Matç başa çatdıqdan sonra
“Sumqayıt” klubunun 27 №-li futbolçusu Ramil Həşimzadə hakimləri təhqir etdiyi
üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
Oyun başa çatdıqdan sonra
“Sumqayıt” klubunun baş məşqçisi Bernard Raab mətbuat konfransında iştirak
etmədiyi üçün klub 1000 manat cərimə olunur (maddə 83).
Premyer LiqanınXXIX turunun
“Qarabağ” – “Bakı” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə
ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Premyer LiqanınXXIX turunun
“İnter” – “Qəbələ” matçının 81-ci dəqiqəsində “Qəbələ” klubunun 4 №-li
futbolçusu Mahir Şükürov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə
olunur (maddə 48).
Premyer LiqanınXXIX turunun
“Xəzər Lənkəran” – “Neftçi” matçının 76-cı dəqiqəsində “Xəzər Lənkəran”
klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün
klub 1000 manat cərimə olunur (maddə 52).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |