“Sumqayıt” bu günə qədər ən azı 9 xal toplamalı idi”
“Sumqayıt” Futbol Klubunun əvəzediciləri çempionatda
yaranmış fasilədən maksimum yararlanmaqdadır. Stadium.az klubun rəsmi internet
saytına istinadən xəbər verir ki, komanda gün ərzində iki dəfə olmaqla
hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir. Əvəzedicilərin
baş məşqçisi Vaqif Paşayev arxada qalan oyunlar və hazırlıq prosesi barəsində
klubun rəsmi saytına açıqlama verib: “Çempionatda 4 oyun keçirmişik. Bu görüşlərdə
bir qələbə, bir məğlubiyyət və iki heç-heçəyə imza atmışıq. Ümumilikdə götürsək,
komandamdan arxada qalan dörd turda razı qalmadım. Düşünürdük ki, bu günə qədər
ən azı 9 xal toplamalı idik. Bizim komandamız çempionatın ən gənc kollektivlərindən
biridir. Yay fasiləsi zamanı klubun akademiyasından 10 futbolçunu heyətə cəlb
etdik. Onlardan artıq bir neçəsi əsas heyətdə meydana çıxıb. Ümumilikdə götürsək,
hazırda bəzi problemlərimiz var. Milli komandanın oyunları ilə əlaqədar
yaranmış fasilə bizim üçün çox önməli idi. Dörd oyunu analiz edib səhvlərimiz
üzərində çalışacağıq. “Sumqayıt” Futbol Klubunun əvəzedici komandasının əsas məqsədi
əsas komanda üçün futbolçu hazırlamaqdır. Artıq komandamızın iki üzvü əsas
komandaya cəlb olunub. Düşünürəm ki, yaxın gələcəkdə bu say artacaq. Hazırda
gün ərzində iki dəfə məşq etməklə hazırlığımız davam etdiririk. Uşaqlar
meydanda var qüvvələri ilə çalışır. Qarşıda bizi olduqca çətin oyunlar gözləyir.
Uğurlu çıxış edib, bacardığımız qədər turnir cədvəlinin üst pillələrinə qalxmaq
istəyirik”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |