«Neftçi» Fərid Quliyevi niyə komandadan çıxardı? - TƏHLİL
«Neftçi»dən daha bir qeyri peşəkar addım. Qış fasiləsinə bir neçə tur qalmış klub milli komandamızın da üzvü olan Fərid Quliyevi heyətdən çıxardı. Bunun arxasında nə dayanır? Günlərlə Fəridi axtarıb, başqa komandaya keçməsinə əngəl olaraq «Neftçi»yə gətirilən futbolçunu gün vurdumu? Bunun arxasında hansısa maraqlar olduğu şübhəsizdir. Aldığımız məlumata görə, Quliyevin «Neftçi»yə keçməsində kimlərsə maraq güdürmüş. Bu isə sonradan ortaya çıxıb. Futbolçu isə bununla razılaşmayıb. Nəticədə baş məşqçi Fəridi komandada görmək istəməyib. Fəridin baş məşqçi Arif Əsədovla yola getmədiyi aydın məsələ idi. Bu iki şəxsin münasibətlərinin normal olmadığı avqustun 21-də, məhz həmin gün keçirilən Premyer Liqanın 3-cü turunda «Neftçi» - «Simurq» oyununun 37-ci dəqiqəsində baş məşqçi Fəridi Cavid Hüseynovla əvəzlədi. Quliyev isə haqlı olaraq buna son dərəcə sərt şəkildə etiraz etdi. Əsədovun bu əvəzləməsi olduqca yalnış idi. Hesab 1:0, «Neftçi» isə oyunda hakim tərəf idi. Buna görə də baş məşqçi 8 dəqiqə səbr edib oyunçunu fasilədə əvəzləməliydi. Amma etmədi, bu isə oyunçunu sındırmaq deməkdir. Ola bilməz ki, ötən mövsüm çempionatın bombardiri olan oyunçu yeni mövsümdə 45 dəqiqə oynamaq şansını qazanmasın!..
rnƏsədov bu addımı ikinci dəfə də atdı. Son turda «Qarabağ»la qarşılaşan «Neftçi»nin baş məşqçisi oyunun 29-cu dəqiqəsində milli komandanın üzvü Amit Quluzadəni oyundan alaraq yeriə Emil Mpenzanı buraxdı. Daha bir yalnış! Emil oyuna daxil olandan sonra heç nəyi ilə seçilmədi. Əksinə, bir vəziyyətdə top onun əlinə dəydiyindən komandasının qapısına penalti təyin edilməli idi, amma hakim buna göz yumdu. Qısası, Arif Əsədov futbolçularla düzgün rəftar etməyi bacarmır. Bu isə zirvədə olan komandanı üçuruma sürükləyə bilər.
rnP.S. Milli komandamızın Türkiyəni məğlub etdiyi tarixi oyunda üzərinə düşən işi canla-başla yerinə yetirən, qələbə böyük pay sahibi olan futbolçulardan olan Fərid Quliyev «Simurq»la görüşdə bunu bacarmırmı? Arif Əsədov belə düşünür!
rnrn
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |