«Barselona» dünya futbol tarixinin ən yaxşı komandasıdır»
MÜTƏXƏSSİSLƏRİN «BARSA» BARƏDƏ DEDİKLƏRİ
La Liqanın 13-cü həftəsində «Nou Kamp»da «Real»ı 5-0 hesabıyla məğlub edən «Barselona»nın oynadığı futbol insanı heyrətə salırdı. Bu oyuna ilk münasibət bildirən Argentina millisinin baş məşqçisi Serxio Batista olub. O, Argentinanın «Ole» qəzetinə açıqlamasında bildirib ki, «Barsa» dünyanın ən yaxşı futbol oynayan komandasıdır və bunu heç kim müzakirə etməməlidir. Baş məşqçi sözlərinə belə davam edib: «Barselona»nın çox ağıllı və bacarıqlı futbolçuları var. O futbolçular bir-birlərini çox yaxşı tanıyırlar və doğru zamanda, doğru yerdə olurlar. Ayrıca olaraq Xaviyə sahibdirlər, o, bir kompyuterdi. Xavi oyunun sonucuna qərar verir, hansı tərəfə gedəcəyini bilir, hücumu hansı tərəfdən qurmaq lazım olduğunu daha əvvəlcədən hesablayır. Xavidən başqa İnyesta da komandanın ikinci beynidir».
rnFrançesko Tottinin «Barsa» barədə söylədiyi fikrləri: «Bu «Barselona» yenilməzdir. «Real»a qarşı oynayan «Barsa»nın qarşısına eyni zamanda 3 komanda çıxsa da, xeyri olmayacaqdı. Kataloniyalı futbolçular möhtəşəm idi. Madridlilərdən daha az qaçdılar, amma top daha çox onlarda idi. Onlar «Real»ı topsuz saxlayıb o yana, bu yana qaçırırdılar. Mənim fikrimi soruşsanız fikrləşmədən deyə bilərəm. «Barselona» dünyanın gəlmiş getmiş ən yaxşı komandasıdır».
rnXuande Ramos - «Real»ın keçmiş baş məşqçisi: «İki komanda arasında olan fərq rəqib qapısına vurulan 5 topdan daha çox idi. Gerçəklər acıdı, amma durum budu. «Barsa» «Real»dan daha yaxşı və möhtəşəm komandadır. Hesabdakı nəticə iki komanda arasında olan fərq demək deyildi. Fərq 10-15 dəfədən də artıqdı».
rnMaurisio Poçettino - «Espanyol»un baş məşqçisi: «Barselona» «Real»a qarşı oynadığı futbolla ölkədə və dünyada həyatı durdurmuşdu. Matçı evimdə, əlimdə bir qədəh şərabla izləyirdim, çox böyük keyf aldım».
rnRoy Kin - «Mançester Yunayted»in keçmiş əfsanəsi, «İpsviç»in baş məşqçisi: «39 yaşındayam, illərdir futbola baxıram. Çox yaxşı görüşlərdə də oynadım, amma bu qarşılaşma indiyədək izlədiyim ən gözəl futbol matçı idi. Maurinyonun heyranıyam. Onun acı çəkməsi məni məmnun etmədi. Komandası üçün ümid var. Hər bir komanda fərqli hesabla uduza bilər. Özəlliklə də gənc məşqçilər yeni işə başlayanda böyük hesablı məğlubiyyətlərlə üzləşir. Hari Rednap məşqçiliyə başlayanda komandası 8-1 və 9-1-lik hesablarla məğlub olmuşdu. Amma indii fərqli durumdu».
rnBorja Valero - «Vilyareal»ın oyunçusu: «Barselona»nın yenilməsi çox çətin olan komanda olduğunu gördük. Uduzmağa öyrəncəli olmayan komandanı 5:0 hesablı və o cür oyunla məğlub edirlərsə, daha deməyə söz tapa bilmirəm. Məncə «Barselona» dünya futbol tarixinin ən yaxşı komandasıdır».
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |