Stefan Borbikoni - "Yuventus", "Metz" və "Bakı"...
"Bakı"rnfutbol klubunun uşaq və yeniyetmələr üçün nəşr etdirdiyi "Toplu Bakı"rnjurnalı ənənəvi kumir rubrikasını davam etdirir. Bu dəfə sıra «Bakı»nın fransalı müdafiəçisi StefanrnBorbikoniyə çatıb.
Adı, soyadı: StefanrnBorbikoni
rnDoğum tarixi: 22 mart 1979
rnDoğulduğu yer: Villerupt, Fransa
rnBoyu, çəkisi: 185 sm, 82 kq
rnMövqeyi: müdafiəçi
rnKaryerası: 1997-2006 "Metz", 2006-2009, 2001-2002 "Martiques"rn(icarə) "Manisaspor", 2009 "Metz", 2010 "Bakı" (icarə)...
rnBəyəndiyi klub: "Yuventus"
rnBəyəndiyi milli: İtaliya
rnİsfifadə etdiyi parfüm: Gucci
rnBəyəndiyi avtomarkalar: Porche və Ferrari
rn
rnAiləm...
rn
rnFransa ilə Luksemburq sərhəddindərnyerləşən kiçik Otonj şəhərində doğulmuşam. Orta səviyyəli ailədənəm. Ana vərnatam Fransada doğulsalar da, bizim əslimiz İtalyadandır. Mən özümü daha çoxrnfransıza bənzədirəm.
rn
rnMən doğulanda anam evlərdə təmizlik işləri aparanrnxadimə, atam isə Luksemburqda metallurgiya zavodunda fəhlə işləyirdi. Məndənrnböyük qardaş və bacım var. Evin sonbeşiyi mənəm. 2-3 yaşım olanda ayrı qalarnbilmədiyim üçün anam işlədiyi varlı malikanələrinə məni də özü ilə aparardı.rnOnun nə cür ağır zəhmətə qatlaşaraq bizim üçün çalışdığı heç vaxt gözümünrnqabağından getmir.
rn
rnBizi böyüdə-böyüdə valideynlərimin işi də sahmanarndüşdü. Anam tibb kolecinə daxil olaraq kiçik tibb bacısı ixtisası üzrə təhsilrnaldı. Onun uşaqlıq arzusu həkim olmaq idi. Buna maddi imkan olmadığı üçün tibbrnbacısı olmaqla kifayətləndi.
rn
rnAtam uzun illər metalluq kimirnçalışdıqdan sonra şəhərimizin uşaq futbolçulardan ibarət komandasında məşqçi-rnmüəlim kimi işlədi. Görünür, futbola olan həvəs bizə ondan keçib. Məndənrn6 yaş böyük qardaşım Kristof Borbikoni də futbolçu olub. O da müdafəçi kimirnçıxış edib. "Şon Ville" və "Nansi" klublarında oynayıb. Hazırdarnkaryerasını bitirib.
rn
rnMənim kumirim- Kristofdur. Ona baxaraq, ondan öyrənərəkrnfutbolçu olmuşam.
rn
rnUşaqlığım...
rn
rnFransadarnfutbola 5 yaşından yazılırlar. Mən isə 4 yaşımdan futbola getməyə başladım. Burnhadisə qəribə alındı. Babamla nənəm İtaliyadan ad günümə gələndə, mənərn"Yuventus"un futbolkasını hədiyyə etdilər. O qədər sevinmişdim ki, bütün günü həyətdərno yana bu yana qaçıb, hamıya özümü göstərirdim.
rn
rnİki ildən sonra şəhərimizdən 30rnkm məsafədə yerləşən Futbol Akademiyasına seçildim.150-yə qədər uşaq vərnyeniyetmənin arasından 5 nəfər bəyənildi. Xöşbəxt 5-liyin arasında mənim dərnadım vardı. Bundan sonra ailəmdən kənar yaşamağa məcbur oldum. Mən akademiyadarnhəm oxuyur, həm də futbol oynayırdım.
rn
rn16 yaşımda məni Fransanın U-16 komandasınarnçağırdılar. Oradakı çıxışımı bəyənən "Metz"in skautları mənimlə 4 illik müqavilərnbağladılar. "Metz"in U-16, U-17, III və əvəzedici komandalarının heyətindərnoynayandan sonra əsas komandaya düşə bildim.
rn
rnKaryeram...
rn
rn"Metz" mənim sevimlirnkomandamdır. Orada Frank Riberi, Emanuel Adebayor, Mamadunyonq, Robert Pires,rnSilven Viltord kimi ulduz futbolçularla çiyin-çiyinə oynamışam.
rn
rnFransa çempionatında Didye Droqba, Juninyo, ConrnKaryu, Pauletta kimi hücumçulara qarşı oynamaq mənə çox böyük təcrübərnqazandırıb. Türkiyəyə gəlişim Süleyman Youla, Frank Riberi ve Mondraqonla məsləhətləşmələrdənrnsonra alındı. Onlar məndən öncə ora getmişdilər.
rn
rnArzularım...
rn
rnKaryeramırnbitirəndən sonra qardaşımla birgə yaratdığımız biznesi genişləndirməklə məşğulrnolacağam. Biz köhnə evləri alıb, onu yüksək səviyyədə təmir etdirib, satmaqla məşğuluq.rnHələlik biznesimiz alınır.
rn Marketinq üzrə ali təhsilim var.rnBəlkə bu sahədə də çalışdım.
rn
rnUşaq futbolçulara məsləhətlərim...
rn
rnÖzündənrnböyük hər kəsə - həmkarlarına, komanda yoldaşlarına, müəllimlərinə hörmətlərnyanaşmalısan. Mütləq təhsilə ciddi baxmalısan ki, futbolla vidalaşandan sonrarnailəni saxlaya biləsən.
rnYadınızda saxlayın: 100 yeniyetmədən ancaqrnbeşı, onu futbolçu olacaq. Kənarda qalan 95-in arasında sən də ola bilərsən.rnOna görə dərslərini yaxşı oxu ki, sonra gec olmasın.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |