AFFA-ya xəbərdarlıqdan Mübariz Mənsimovun xəbəri varmı? - YAZI
Kubokun finalında haqsızlıqla üzləşəcəkləri təqdirdə, AFFA-nı meydanı tərk eləməklə hədələyir "Xəzər Lənkəran"ın fəxri-prezidenti? Mübariz Mənsimovun həqiqətən belə bir xəbərdarlıq edib-etmədiyini bir kənara qoysaq, mətbuatda dolaşan bu xəbər AFFA-ya son illər ünvanlanmış ən sərt ismarıcdı.rnDiplomatik dillə desək, "Palmali"nin şefi İstanbuldan "Qara şəhər"ərnultimatum göndərib. Barmaq silkələyici, «futboldan iyrənmişəm» qoxusu gələn ultimatum.
rnrn"XL"a qarşı haqsızlıq edilirmi?
rnrn«Palmali»nin Bakı nümayəndəliyinin rəsmilərindən birinin ötən ilin əvvəlindəki açıqlamasını yada salsaq, çox şey aydın olar. Bildirmişdi ki, Ramin Musayev and içib, neçə ki, PFL-dədi, onlar çempionluq üzü görməyəcək. Olduqca ilginc açıqlama idi və həqiqət payı kifayət qədər idi. "XL"arnqarşı son illər ayrı-seçkilik siyasəti yürüdülür. İstər Premyer Liqada, istərsə də kubokda. Hakimlər "yuxarılar"ın tapşırığı ilə bu komandanın üzərindən asfaltsalanrnmaşınla keçirlər. Çempionatda qarşılarını hakimlərdən ibarət ikirqat canlı «baryer»lə elə kəsdilər ki, «Neftçi»ni son turda da uddurub, aradakı xal fərqini 10-arnçatdırmaq öz «imkanları daxilindədi». Kubokunrn¼-də də «Neftçi»ni AnarSalmanovarntapşırmışdılar, o darnbir hoqqabazlıq elədi, gəl-görəsən. Hər dünya səviyyəli aktyorunrnbacarmayacağı «rol»a girən Anar həqiqi azarkeşləri də təmiz futboldanrniyrəndirdi. Ammarnbunun günahkarı yalnız Musayev deyil. Məlum açıqlamaya idüzəliş vermək istərdim: neçə ki, Azərbaycanrnfutboluna o və yaxın çevrəsi rəhbərlikrnedir, MOİK, "Bakılı" çempionrnola bilər, "Xəzər Lənkəran" yox.rnArada əsən soyuq rüzgarlar buna imkan verməz.
rnrnGünahkarrnyalnız AFFA-dı?
rnrnAz öncə qeyd etdiyimiz kimi, "Xəzər Lənkəran"a qarşı haqsızlıq olub, hal-hazırda da davam edir. Amma bu məsələdə günahkar yalnız futbolumuzu idarə edənlər deyil. Cənub təmsilçisinin rəhbərliyinin də günah payı kifayət qədərdi. Sadəcə bir misal çəksək,rnfikrimizcə, hər şey aydın olar. "XL" rəsmiləri durumdan agah olsalar da, kürəklərinə vurulan xəncərin haradan gəldiyini bilsələr də, daim problemi başqa yerdə axtarırlar. Hakimləri önə çəkərək, həmrnictimaiyyətin diqqətini yayındırırlar, həm də boş-boş söz-söhbətlərə səbəb olurlar. Narazılığı ən sərt üsulda dilə gətirmirlər. "Eşşək ferması"ndan sonrakı ən sərt mesaj Mübariz bəyin "Xəzər Lənkəran"ın idarəetmə strukturundan, demək olar ki, 2 ildən artıqdı çəkilməsidi. Komandanın işlərinə qarışmır, qərar vermək hüququndan da imtina edib. "İnter"ə uduzdurulmalarına etirazrnəlaməti olaraq,rn2005-in yayında "stadionurnbağlayıb, eşşək ferması edəcəm" açıqlamasının üzərindən uzun müddət keçib. Ötən illər ərzində Mənsimov faktiki futbolla bağlı heç bir şeyə münasibət bildirməyib, susqunluğunu qoruyub. Bu baxımdan, "Palmali" şefinin iddia olunan son bəyanatı məhşur "eşşək ferması" açıqlamasından sonrakı ən sərt mesajdı. "Xəzər Lənkəran" rəhbərliyinin Mənsimovun həqiqətən o bəyanatı verib-vermədiyinə şərh vermir və dolayısıyla mesajın uydurma olmadığını təsdiqrnedir. Əgər doğurdan bu ismarıcı yollayıbsa, bu o deməkdi ki, Mənsimov artıq Azərbaycan futbolundakı monopoliyaya üsyan edir. Bu o deməkdi ki, Mübariz bəy hətta Azərbaycanı itirməyə özünü hazırlayıb.
rnrnQeyri-ciddi gediş
rnrnSonda bu məsələ ilə bağlı daha bir mülahizəni diqqətinizə çatdırmaq istərdik. Mübariz bəyin ismarıcı hansısa müsahibə vasitəsi ilə göndərməməsirnolduqca qaranlıq mətləblərdən xəbər verir. Ola bilsin ki, bu haqda nəinki danışıb, heç düşünmür də. Sadəcə, "Xəzər Lənkəran" rəhbərliyi kubokun finalında üzləşə biləcəkləri hər hansı haqsızlığı qabaqlamaq üçün fəxri-prezidentin adı ilə belə bir bəyanat səsləndiriblər və bunun mətbuatda işıqlandırılmasında maraqlıdılar. Axı hər halda Mübariz bəy kimirnAFFA rəhbərliyi də ölkə futbolunu xaosa sürükləyəcək hərəkətlərdən uzaqrndurmağa çalışar.
rnrnMusa Eldəniz
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |