Vitse-prezident Zeynal Məmmədov «Bakı»da başlayan islahatlara aydınlıq gətirdi
Premyer Liqanı 6-cı pillədə başa vurub, ölkə kubokunda yarımfinalda mübarizəni dayandıran "Bakı"da "təmizləmə əməliyyatı"na başlanıb. Baş məşqçi Aleksandrs Starkovs bosniya və herseqovinalı hücumçu Saşa Kaykutun ardından, daha 8 futbolçuya qapını göstərib. Bunlar yerli futbolçulardan yarımmüdafiəçi Mahmud Qurbanov, eləcə də fransalı müdafiəçi Stefan Borbikoni, bolqar müdafiəçi Radomir Todorov, ukraynalı yarımmüdafiəçi Ruslan Leviqa, mərakeşli yarımmüdafiəçi Adnan Bərəkət, braziliyalılar - yarımmüdafiəçi Junior Osvaldo, Leonardo Roşa və hücumçu Jabadır. Artiq latviyalı mütəxəssis gedənlərin adlarını klub rəhbərliyinə təqdim edib, futbolçuların özləri isə bu ba
Lakin bununla "təmizləmə əməliyyatı" başa çatmayıb. Yaxın günlərdə "qara siyahı"ya yeni adlar da daxil edilə bilər. Klubun vitse-prezidenti Zeynal Məmmədovun sözlərinə görə, böyük dəyişiklər davam edəcək: «Necə ki, 2008-ci ildə belə etmişdik. İndiki komandadan qalan çox az olacaq. Mahmud Qurbanovun karyerasını harada davam etdirəcəyindən xəbərim yoxdur. Rafael Əmirbəyov isə klubdadır. Onu əsas komandada oynayan məşqçi kimi saxlayacağıq. İndiki əvəzedici heyətdən 4-5 gənc uşağı əsas komandaya götürəcəyik. 2-3 yerli var ki, onları da başqa komandalardan dəvət edəcəyik. Onların yanında Rafael kimi təcrübəli, lider futbolçunun olması lazımdır ki, komandanı daxildən idarə etsin. O, nüfuzlu oyunçudur, uşaqlara ruh verməyi bacarır». Xalidu Sissoko, Aleksandr Soliç, İbrahim Karqbo, Stefan Bates, Marko Şarliya, Vadim Borets, Vyaçeslav Sofroni və Aleksey Savinovu saxladıqlarını söyləyən Zeynal bəy, daha sonra deyib: «Yerli futbolçu sayılan Fabio Luis Ramim də bizimlədir. Digər yerlilər də heç yana getmir. Mövsümü belə başa vurandan sonra legionerlərin 70-80 faizini göndərməyə məcbur idik. Jaba və Leonardo Roşa ayrılanlar arasındadır. Gedənlər üçün həyat bitmir. Burda oyunları alınmadı, başqa yerdə alınar. İstəyirik ki, gedənlərlə mehriban ayrılaq, biri-birimizə düşmən münasibəti bəsləməyək. Müqaviləsi qalan futbolçular da sağ olsun ki, bizə əlavə problem yaratmadılar. Bəzi legionerlər var ki, onları hələ saxlayırıq, yayda yerlərinə daha yaxşılarını tapsaq, onları da göndərəcəyik».
Müsahibimizin bildirdiyinə görə, Novruz Məmmədovu transfer etmək üçün «Muğan» rəhbərliyi ilə aparılan danışıqlar uğurla başa çatıb. Elvin Məmmədovla isə sadəcə rəsmi müqavilə bağlamaq qalır: «Əvvəlki «Bakı»nı geri qaytarmalıyıq. Necə ki, 2-3 il əvvələdək yerli uşaqlar komandada üstünlük təşkil edirdi. Bu qədər legioner saxlamağa dəyməz. Rəhbərlik komandaya hər cür şərait yaradıb. Büdcəmiz yenə həmişəki kimi olacaq. 4-5 səviyyəli legioner alacağıq. Hansılar ki, öz ölkələrinin millilərində daim oynamaq imkanı qazanırlar. İkinci dərəcəli futbolçuları gətirib ehtiyatda saxlamağa dəyməz. Starkovs deyir ki, legioner əsas heyətə düşmürsə, onu gətirməyin mənası yoxdur. Baş məşqçimiz yoldaşlarını öz arxasınca aparmağı bacaran, peşəkar, komanda üçün can yandıran futbolçular axtarır. İndi bu istiqamətdə həm o, həm də biz ciddi işlər görürük. Starkov burdan vaxtından gec getdi ki, yeni transferlərlə bağlı məsələləri dəqiqləşdirsin».
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |