Foqtsa «Aftafa Kubok» və tualet kağızı təqdim edildi!
Jurnalistlərin növbəti etiraz aksiyası baş tutdu
rnrn
BertirnFoqtsun yarıtmaz fəaliyyəti azarkeşlər və futbol ictimaiyyəti kimi medianı da bezdirib. Bu günə qədər alman məşqçinin milli komandadan qovulmasını müxtəlif üsullarla tələb etmişik. Hətta Lixtenşteynlə oyundan sonra mətbuat konfransını tərk etməklə öz etirazımızı bildirmişdik. Lakin AFFA rəhbərliyi hələ də inadkarlıq edərək, qoca almanı yığmadan uzaqlaşdırmır.
rnAVRO-2012-nin seçmə mərhələsinin A qrupunun autsayderi Qazaxıstana məğlubiyyət səbr kasamızı daşırdı. Bundan başqa, AFFA-nın müstəqil mətbuata qarşı "təcrid mövqeyi"nə qarşılıq etirazın başqa üsullarına əl atmaq zorunda olduğumuzu anladıq və oturub müzakirə apardıq. Müzakirələrdən sonra etiraz aksiyasının hansı formada keçirilməsi ilə bağlı qərar qəbul etdik.
Əli Sahib (Fanat.az), Elçin Cəlilov (Futbolpress.az), Kənan Məstəliyev (Rekord.az), Rəşad Ergün ("KomandA" qəzeti), İlkin Vidadioğlu (Fanat.az), Vüsal Gözəlov (Stadium.az) və Pərvin Kazımoğlunun (Fanat.az) ortaq ideyası belə oldu ki, bugünkü mətbuat konfransında məşqçiyə və dolayısıyla AFFA rəhbərliyinə etirazımızı sivil formatda bildirək.
rnrnƏslində planımız mətbuat konfransının gedişində flaşmob keçirmək idi. Belə ki, konfrans zamanı Foqtsa aftafa və tualet kağızı təqdim etməyi planlaşdırmışdıq. Aftafa alman çalışdırıcının "2014-cü ildə Dünya çempionatında iştirak edəcəyik" açıqlamasına işarə idi - "Kuboku" 3 il əvvəldən ona hədiyyə etmək istədik. Tualet kağızı isə Foqtsun yığma komandada üç illik fəaliyyətinin "dəyərini" ifadə edirdi.
rnrnƏvvəlcədən duyuq düşən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu və əməkdaşı Elton Quliyev aksiyanın qarşısını almaq üçün adıçəkilən jurnalistlərə təzyiq göstərib, konfrans zalından xaric etdilər. Daha sonra isə olay yerinə polis çağırıldı. Jurnalistlər aftafa və tualet kağızı olan çantanı çöldə saxlayıb, konfransda iştirak etməyə razılıq verdilər.
rnrnAdəti üzrə, Foqts sualları ironiya və biganəliklə cavablandırdı. Konfrans başa çatandan sonra isə aksiya iştirakçıları nəzərdə tutulan aksiyanı nəhayət, gerçəkləşdirdilər.
rnrnQeyd edək ki, asossiasiya rəhbərliyi medianın obyektiv təklifini dəyərləndirənə qədər bu cür aksiyalar müxtəlif formalarda davam etdiriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |