"Şaxtyor"un futbolçusu: "Azərbaycandan dedilər ki, ilinə 300 min avro veririk" AÇIQLAMA
Tornike Okriaşvili “Şaxtyor”un futbolçusudu. Gürcüstan milli komandasının da hərdən-bir formasını geyinir. Donetks klubu onun cavan olduğunu nəzərə alaraq, hər mövsüm bir komandaya icarəyə verir.
Rustavi “Olimpi”sinin yetirməsidi. Əksər gürcü futbolçular kimi legioner olmağı arzu edirmiş. Ona görə də, “Qaqra”da oynadığı vaxtda “Şaxtyor”dan gələn təklifə “yox” deyə bilməyib.
2010-cu ildən Donetks təmsilçisinin futbolçusu olsa da hələ bu klubda rəsmi debüt etməyib. Ukrayna Premyer Liqasında yarışan “İlyiçevets”dı isı 44 görüş keçirib və 4 qol vurub.
Əsasən fərdi ustalığı ilə seçilir Tornike. “Zenit” də baxışa çağırıb onu, amma maddi məsələlərdə əl sıxışa bilməyiblər. “Anderlext” isə gənc futbolçunu “Şaxtyor”la mübarizədə uduzub.
Donetsklilər Okriaşvilini icarəyə götürüb ilk dəfə. Bunun üçün “Qaqra”ya 1 milyon avro ödəyib. Futbolçu “Şaxtyor”a geri dönsə də, yenidən icarəyə veriləcək.
Okriaşvilinin Stadium.az-a verdiyi açıqlamasında görə Azərbaycandan 3 klub konkret çempionluğa oynayan “Qəbələ”, “Bakı” və “İnter” onunla maraqlanır: “Mənə indi bir çox ölkələrdən təkliflər var. Menecerimlə də danışırlar. Mənim özümə də zəng edənlər olur. Bir ay bundan əvvəl “İlyiçevets”dən “Şaxtyor”a qayıtdım. Ancaq bilirəm ki, yenə icarəyə verəcəklər məni. Mən isə artıq Ukraynada oynamaq istəmirəm. Başqa ölkədə oynamaqdan yanayam. Azərbaycandan mənə təkliflər var. Amma sizinkilər az pul verir. Azərbaycandan menecer var idi, dedi səninlə görüşmək istəyirəm. Məsələni elə telefonda danışdıq, görüşməyə ehtiyac olmadı. Niyə? Çünki mənə dediyi pula heç mən ora gəlmərəm. Deyir ki, ilinə 300-350 min dollar verərik. Mən də dedim get işinlə məşğul ol. “Şaxtyor”a 1 milyon avroya gətiriblər məni. Necə illik 300 minə gəlim?
Qiymət söhbəti ilə menecerim məşğuldu. Sadəcə həmin menecer birbaşa keçdi bu pul söhbətinə. Elə məbləğ dedi ki, özümü saxlaya bilməyib etiraz etdim. Əgər yaxşı pul təklif etsələr, gələrəm. Niyə gəlməyim”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |