İdman kompleksində partlayış oldu: ÖLƏN VƏ YARALANAN VAR
Bakıda güclü partlayış olub. Stadium.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən “Lokomotiv” idman kompleksində qeydə alınıb. İlkin məlumata görə, baş verən partlayış nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində cəlb edilib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, baş verən hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Bakıda “Lokomotiv” idman kompleksində baş vermiş partlayış nəticəsində ölən və yaralanan şəxslərin adları məlum olub. Ölən 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov, yaralanan isə 1987-ci il təvəllüdlü Elvin İmran oğlu Qurbanovdur.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Cahangir Qulamovun verdiyi məlumata görə, partlayış idman kompleksinin qazanxanasında baş verib. İlikin ehtimala görə, buna qaz sızması səbəb olub. FHN-nin xilasediciləri hadisə yerində müvafiq təmizləmə işləri görürlər. Qalıqlar altında insanların olduğu ehtimal olunur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |