"Simurq"a tanış sima təklif edildi
"Simurq"un transfer siyahısında olanlardan biri Damir İbriç Yüksəldi. 1984-cü il martın 30-da İzmitdə dünyaya göz açan Damir Yüksəl İbriç karyerasına Fransada, "Havr"da başlayıb. Daha sonra "Gənçlərbirliyi"nə keçib. 2005-ci ildə "Yıldırım Bosnaspor", 2005-2007-ci illərdə isə "Kocaelispor"da çıxış edib. Kapitan 1 mövsüm sonra Çinə - "Qingdao Jonoon"na yollanıb. Uğurlu sezon keçirməsinə baxmayaraq, Türkiyəyə, bu dəfə "Eyüpspor"a qayıdıb. Altı ay sonra “Trabzonspor”da yoxlanışdan keçə bilməyərək, aşağı liqa klubu “Araklıkspor”a üz tutub. Ardınca doğma “Kocaelispor”un qapısındlan içəri girib. İki mövsüm o sonra Rumıniyadan gələn təklifi geri çevirməyib. Yüksək liqa təmsilçisi “Konkordiya Çiayna” onunla bir illik müqavilə imzalayıb. 2012/2013 mövsümündə çıxdığı 14 matçda 2 qol vurmağı bacarıb. Amma Rumıniya klubundakı maddi durum ona yeni klub axtarmağı məcbur edib.
Cari mövsümün əvvəlində Malayziya Superliqasında yarışan “T-Team”la müqavilə imzalayaraq, karyerasında yeni səhifə açıb. İndiyə kimi 15 matça çıxan İbriç 5 qol vurub. Bosniya və Herseqvinanln 21 yaşlılardan ibarət yığmasının sabiq üzvü yeni ad deyil. İnişil «Qarabağ»da baxışdan geri qaytarılmışdı. Mövsümün əvvəlində isə ölkəmizə gələrək, karyerasını AZAL-da davam etdirmək istəmişdi. Vəd edilən şərtlər yerinə yetirilmədiyindən, qaldı. Digər tərəfdən, Vaqif Sadıqov durumunun qaydasında olmadığını əsas gətirərək, ona ehtiyac duymadığını bildirmişdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |