"Xəzər Lənkəran"a hansı futbolçunu təklif etdilər?
Qışdan sonra ölkəmizə gələcə futbolçular sırasında yetərincə tanınmışların da adı hallanır. Deyilənə görə, Mustafa Dənizli “Xəzər Lənkəran"a İbrahim Toramanla Necati ateşi gətirəcək. Bu transferlərin gerçək olub-olmadığını qışdan sonra görəcəyik. Ancaq Cənub təmsilçisinin qardaş ölkədən transfer siyasəti bununla bitməyəcək. Stadium.az-a verilən məlumata görə, Dənizli üçün Türkiyədən yarımmüdafiəçi təklif edilib. Menecerlərin "Xəzər Lənkəran"a təklif etdiyi yarımmüdafiəçi yetərincə məhşurdu. Söhbət hazırda PTT birinci liqasında yarışan "İstanbul Büyükşəhir Bələdiyyəspor"un formasını geyinən Mustafa Sarpdan gedir.
1980-cı ildə İstanbula göz açan Sarp karyerasına "Qaziosmanpaşaspor"da başlayıb. Üç ildən sonra isə onu iki il formasını geyinəcəyi “Mərsin İdman Yurdu” gözləyirdi. Mərsin klubu ilə aşağı liqada mübarizə aparan güclü dayaq yarımmüdafiəçi Super Liqada ilk dəfə 2004/2005 mövsümündə debüt edib. Özünü ən yaxşı tərəfdən göstərən Sarp “Kayseri Ərciyəsspor”a transfer edilib. Bu kluba keçməsi ilə milli komandaya da yolu açılıb. Elə 2006-cı ildə “ay-yıldızlılar”ın Çexiya ilə oynadığı yoldaşlıq görüşündə meydana çıxan Mustafa ümumilikdə üç dəfə əsas milli, 2 dəfə isə A 2 komandasında oynayıb. 2007-2009-cu illərdə isə "Bursaspor"la müqavilə imzalayıb. Buradakı çıxışı ilə "Qalatasaray"ın diqqət mərkəzinə düşüb. “Cim-bom”da ilk qolunu Avropa Liqasının təsnifat mərhələsində səfərdə “Tobol”a vurub. Həmin vaxtı baş məşqçi Frank Raykard etibarlı və o cümlədən aqressiv oyununa görə Sarpı yaman güvənirdi. Amma ikinci dövrədə oynamaq şansı tapmadığından 2011-ci ilə “Samsunspor”a keçib. Amma qarşıdakı mövsümə “Karabükspor”da başlayıb. Son vaxtlar tez-tez komanda dəyişən aqressiv futbolçu oyun stilinə görə Cennaro Qattuzoya da bənzədilir.
Altı ay “Karabükspor”da oynayan Sarp orada da duruş gətirə bilməyərək, Superliqanın digər təmsilçisi “Mərsin İdman Yurdu”na keçir. Altyı aydan sonra isə “Elazığspor”a ona təklif göndərərək, komandaya gətirir. Karyerasının qürub çağlarını yaşayan Sarp mövsümün əvvəlində PTT birinci liqa klubu “İstanbul BB”-yə keçib. Baş məşqçi Cihat Arslanla münasibətlərinin yaxşı olmasına görə futbolçu təklifdən imtina edə bilməyib.
33 yaşlı futbolçu indiyə kimi legioner
həyatı yaşamayıb. Amma Mustafa Dənizli ona bu şansı verə bilər. Təbii ki, Sarp
Dənizli və “Xəzər”in təklifini qəbul edib ölkəmizə gələrsə.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |