Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Millimizin üzvü İspaniyadan qorxur: "Bu ssenaridən qaçmaq istəyirik" MÜSAHİBƏ
21.01.2014 | 4123 dəfə oxunub
Futzal üzrə milli komandamızın üzvü Elnur Qəmbərov UEFA-nın rəsmi saytına müsahibə verib.
- Hazırlıqlarınız necə gedir?
- Hər şey yaxşıdı. Komandada zədəli oyunçu yoxdu və hamının əhval-ruhiyyəsi əladı. Hazırlığın son mərhələsinə yanvarın 3-də start vermişdik. Gündə hər biri iki saat olmaqla, 2 məşq keçirik. Əsasən fiziki hazırlığa üstünlük veririk. Millidə 4 klubun - “Araz”, “Neftçi”, “Ekol” və “Fənərbaxça”nın oyunçuları yer alıb. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məşqlərimizin çoxunu izləyir. O, daim komanda, hər hansı problemin olub-olmamağı ilə maraqlanır. Bizə isə yalnız Antverpendə öz oyunumuzu göstərmək qalır. Nədənsə şikayət etməyə haqqımız yoxdu. Komandada heç kimin yeri təmin olunmayıb. İstər yerli olsun, istərsə də milliləşən braziliyalı. Heyətə düşmək üçün rəqabət var.
- Antverpendə hədəfiniz nə olacaq?
- Məqsədimiz qrup qalibi olmaqdı. İkinci olmağa yol verə bilmərik. Çünki belə olan halda 1/4 finalda İspaniya ilə qarşılaşacağıq. Biz də erkən mərhələlərdə bu ssenaridən qaçmaq istəyirik. 2010-cu ildəki nəticəni (üçüncülük) yaxşılaşdırmaq niyyətindəyik. Bu dəfə finala çıxmağı arzulayırıq. Bunun üçün əvvəlcə qrupdan çıxmaq lazımdı. Bu da asan olmayacaq. Təsəvvür edin ki, Sloveniya Portuqaliyaya qalib gəlib. Lakin bizim “Araz” da favoriti olmadığı qarşılaşmada bu ölkənin “Sportinq”ini məğlub edib, “Dördlər finalı”na yüksəlib.
- Milliniz və Azərbaycan futzalı haqda nə deyə bilərsiz?
- Yığma ətrafında əla ab-hava var. Bizim komanda böyük ailəni xatırladı. Legionerlərlə yerlilər arasında heç bir problem yoxdu. Bizim braziliyalılar 5 ildən artıqdı Bakıda yaşayırlar. Hamımız eyni qazandan yemək yeyir, yatanda eyni yuxunu görürük. Deyərdim ki, artıq legionerlərimiz də azərbaycanlıya çevrilib. Həm də milliləşən legionerlər təkcə bizim komandada deyil. Azərbaycan futzalının inkişafı da göz qabağındadı. Ölkədə futzal gündən günə yaxşılaşır və gənc oyunçular üzə çıxır.
- Yəqin ki, müəyyən çatışmazlıqlar da var...
- İlk növbədə daha güclü çempionata malik olmalıyıq. Həm də bu matçlara azarkeşlər də gəlməlidi. Ümid edirəm ki, “Dördlər finalı” futzala marağın artmasında rol oynayacaq. Azərbaycan futzalı inkişaf edir, amma müəyyən vaxt lazımdır. Komandamızda yaşlı oyunçuların çox olması haqda fikrə də münasibət bildirmək istəyirəm. Düşünürəm ki, AVRO-2014-də nəticənin qazanılmasında təcrübənin rolu 95 faizdi. Biz də kifayət qədər təcrübəyə malikik. Güclü rəqiblə oynayanda sürətli olmaq deyil, oyun epizodlarına cəld və düzgün qərarlar qəbul etmək daha vacibdi.
uefa.com
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |