"Biz Rusiyada oynayan nə Ramil Şeydayevdən, nə də Ayaz Quliyevdən zəifik" MÜSAHİBƏ
"Lans"da məşq edən Ülvi Süleymanovun verdiyi müsahibə
Lansda günləriniz necə keçir? Darıxmırsız?
- Bakıdan Valeh Seyidovla birlikdə çıxdıq. Təyyarəyə oturub Lansa uçduq. Hava limanında bizi sürücü qarşıladı və klubun bazasına apardı, rəhbərliklə söhbət etdik. Daha sonra formalarımızı götürdük ki, axşam məşqə çıxaq. Gəldiyimiz gündən bazada qalırıq. Tərcüməçimiz 10 ildi Fransada yaşayır. Adı Babadı. Çox yaxşı oğlandı.
Fransaya getməmişdən əvvəl deyilirdi ki, əsas komanda ilə birlikdə İspaniya toplanışına yollanıb, ordan "Lans"ın düşərgəsinə göndəriləcəksiz. Birbaşa Lansa uçmağınızı Milinko Pantiç istəyib?
- Bizə heç nə demədilər. Hardasa gəlməyimizə 10 gün qalmış dedilər ki, hazırlaşın, yanvarın 8-də Lansa gedirsiz. Bizimlə əsas komanda söhbəti olmadı.
İndi əvəzedici heyətdə məşq edirsiz, ya U-19-da?
- Elə günlər var ki, U-19-da məşq edirik, bəzən də əvəzedici heyətlə. Açığı, məşqlərimiz ağır keçir. "Yükənmələr" çox olur. Hər gün iki məşq, üstəlik, axşamlar fitness zalı. Adamı yorur lap. Ancaq şərait yaxşıdı, məşq üçün hər şey idealdı. Baza superdi. Elə otel kimidi.
Onda kef eliyərsiz ki!
- (gülür) Yox e, nə kef? Bura kef çəkməyə gəlməmişik ki... Axşam 6-ya kimi məşq edirik. Sonra çəkilirik otağa.
Adınızı iştirak ərizəsinə nə vaxt salınacaq?
- Yanvarın 30-na kimi salınmalıdı. Özləri elə dedilər, biz də gözləyirik. Oynamaq üçün səbrsizəm.
Komandada sizi necə qarşıladılar?
- Hamı səmimi uşaqlardı. Yeni komanda yoldaşlarımızla münasibətimiz yaxşıdı. Gələn gündən bizi doğmaları kimi qarşılayıblar. Hər şey əladı, yalnız bir problemimiz var.
Nə problemdi o elə?
- Fransızca bilmirik. Dil kursuna yazılacağıq. Biz gələndən sonra Baba da məşq meydançasına çıxır, baş məşqçinin dediklərini tərcümə edir.
Sizdən narazılıqları olur?
- Vallah, hamısı razılıq edir. İstər meydanda, istərsə də meydandan kənarda. Özümüzü tərbiyəli aparırıq. Yaxşı anlayırıq ki, biz həm “Bakı”nı, həm də Azərbaycanı Fransada təmsil edirik.
Məşqdə sizi öz mövqeyinizdə yoxlayırlar?
- Başqa mövqedə oynaya bilmərik.
“Bakı”nı oyun üslubu baxımından “Lans”dan fərqləndirən hər hansı cəhət var?
- Elə də fərqlənmir. Yeganə cəhət odu ki, “Bakı” “Lans” deyil. Burada yetişən oyunçular tez oynayır, ani qərar verir. Məşqçilər fikirləşməyə az vaxt tələb edir.Ötürmələr hamısı ayağa verilməlidi. Səhv ötürmə mümkün qədər olmamalıdı. Bu, bizim futbolda çatışmayan cəhətdi. Ötürmələr yavaş yox, çox sərt gəlir.
Deməli, məşqçilər sənə çox danışır.
- Niyə ki?
Pleymekersən və ən tez qərar verməli olan sənsən.
- Yaxşı ki, pleymekerem. Tez oynamağı bacarıram. Elə məşqçilərimin xoşuna gələn də budu.
Əminsən?
- Hə (gülür).
Komanda yalnız yerli uşaqlardan təşkil olunub?
- Ərəblər də var. Hə, bir də bir ingilis var.
Hansı dildə ünsiyyət qurursuz?
- İngiliscə. İngilislə bir-birimizi daha yaxşı anlayırıq. Yavaş-yavaş fransız dilini öyrənirik. Komanda yoldaşlarımızla fransızca danışmağı öyrənsək, oynamaq bizim üçün asanlaşar.
Şəhərdə qabağınıza erməni çıxıb?
- Ermənilər burda var. Ancaq klubda yoxdu. Gəldiyimiz gün Lansa gəzintiyə çıxmışdıq, yaxınlaşıb şəkil çəkdirənlər oldu. Doğrudan, çox sevinirdik. Bilmirəm onlar arasında erməni var idi, yoxsa yox.
Azarkeşlər kim olduğunuzu bilirlər?
- Bilməsəydilər, şəkil çəkdirməzdilər. Adımız da öyrəniblər.
Maaş alacaqsız?
- Xəbərimiz yoxdu. Eləcə də müqavilədən. 15 dəqiqə sonra məşqə getməliyəm, qaqa. Bu vaxta kimi danışaq, sonra icazə ver, gedim.
Deyəsən, məşqlərə “Bakı”dakından fərqli, "Lans"da daha ciddi yanaşırsan...
- Kim deyir ki “Bakı”da məşqlərə gecikirdim? Həmişə nizam-intizamı qorumuşam. İstəmirəm kimsə mənə artıq söz desin. Axı mən xahiş etdim.
Prezident Jerve Martel sizi qəbul etdi?
- Hazırda burda deyil. Onunla da gələndən sonra görüşərik. İdman direktoruyla söhbət etmişik.
İndi “Lans”da olduğuna görə çox şanslısan. Çünki ölkəmizdə istedadlı oyunçular çoxdu. Amma onlara xaricdə oynamaq şansı yaranmayıb.
- Ona görə də “Bakı”nın oyunçusu olduğuma görə çox xoşbəxtəm. “Bakı” həyatımı və karyeramı qurmaqda mənə böyük təkan verdi. Məni “Lans”a göndərənlərə təşəkkür edirəm. Çox böyük şansdı bu. Yatsam, yuxumda da görməzdim.
Səncə, “Lans”da əsas komandaya qalxmaq imkanınız var?
- Özümüzdən asılıdı. Hansı kluba yaxşı oyunçu lazım olmaz? Bizə deyiblər ki, özünüzü göstərin, əsas komandaya qapınız açıqdı. Hər futbolçunun arzusudu ki, millinin formasını geyinsin. Biz Rusiyada oynayan nə Ramil Şeydayevdən, nə də Ayaz Quliyevdən zəifik. Onlardan güclüyük. İndii, açığı, bizə fərq etmir, Əsas milli ya U-19 və ya U-21. Əsas odu ki, o formanı geyinək. İnşallah, Azərbaycanı Fransada layiqincə təmsil edəcəyik.
Sport Favorit
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |