"Foqtsun millidə qalması yığma komandamızın xeyrinədi"
Ekstrasenslər, falçılar ictimai rəyə təsir edən qüvvə hesab olunurlar. Onlar cəmiyyətin hər bir sahəsi haqda öncəgörmələrini açıqlayırlar. Cəmiyyət də ciddi qəbul edir bu açıqlamaları. Bu amili nəzərə alıb, Azərbaycan futbolunda 2014-cü ildə nələrin olacağını bilmək üçün ekstrasensə müraciət etdik. Ekstrasens Nadim Əlixanov açıqlamasında bildirdi ki, 2014-cü ildə Azərbaycan futbolu “yağ içində böyrək kimi” yaşayacaq. Yəni bu il futbolumuzda hər hansı bir maliyyə sıxıntısı gözlənilmir. Bahalı müqavilələr, transferlər olacaq. Bir sözlə, futbolçuların gəlhagəlidi.
Ekstrasens müjdəli proqnoz da verdi. Bildirdi ki, elə futbolçularımız olacaq ki, oyunu ilə diqqətləri üzərinə cəlb edəcək. Ona xarici klublar elçi düşəcəklər : “2014-cü il Azərbaycan futbolu üçün uğurlu bitəcək. Futbolumuza yaxşı pul ayrılacaq. Xaricdən yaxşı transferlər reallaşdırılacaq”. Ekstrasens Berti Foqtsdan da danışdı. Dedi ki, ondan bərk-bərk yapışmaq lazımdı. Nadim Əlixanovun fikirincə, Foqts olmasa futbolumuzun günü qara olar: “Foqtsun millidə qalması yığma komandamızın xeyrinədir. O getmək istəyirdi, amma bu heç də futbolumuzun xeyrinə olmayacaqdı”. Ekstrasens bildirdi ki, 2014-cü ildə futbolumuzun reytinqi xeyli artacaq: “Futbolumuz reytinqdə irəliləyəcək. Futbol da güləş, boks və digər idman növləri kimi öndə gedəcək”(publika.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |