"Tacik oyunçu "Qəbələ"yə nə xeyir verə bilər axı?" MÜSAHİBƏ
"Karvan" və "Qəbələ"nin sabiq üzvü Məkan Nəsirovun Stadium.az-a müsahibəsi. Türkmənistan millisinin üzvü son olaraq İndoneziyanın "Barito Putera" klubunda oynayıb.
- Məkan, indi harda oynayırsan?
- Hələ
ki, heç yerdə. Bir neçə təklif gəlib. Qarşıdakı günlərdə qərarımı verəcəm.
- Təkliflər
var?
- Əsasən
İndoneziya klublarındandı. Ancaq mən artıq orada oynamaq istəmirəm.
- Bəs
harada oynamaq istəyirsən?
- Türkmənistana
yaxın ölkələrdə. Azərbaycan da ola bilər.
- Bizim
klublarımızdan səninlə maraqlanan oldu?
- Təəssüf
ki, yox.
- Neçə
gündür ki, Antalyadasan. Nə əcəb sabiq klubun “Qəbələ” ilə görüşmədin?
- Onları
məşqlərdə gördüm. Ancaq yaxınlaşmaq istəmədim.
- Niyə?
- Nə
bilim. Nəsə istəmədim.
- "Qəbələ"
ilə heç maraqlanmırsan?
- Sadəcə
xəbərlərdə oxuyuram.
- Axırıncı
dəfə hansı xəbəri oxudun?
- Son
transferlərdən oxudum. Əsasən də “Karvan” və Yunis Hüseynovla maraqlanıram.
- Yunis
bəy hələ ki, işləmir. Nə düşünürsən bu barədə?
- Onu
mən bilmirəm. Ancaq bilirəm ki, Yunis güclü məşqçidi. Başa düşmürəm ki, sizin
klublarınızın çoxu niyə xarici məşqçiyə üstünlük verirlər? Onlar başa düşmür
ki, azərbaycanlı məşqçilər də biliklidi.
- "Qəbələ”yə
Marat İzmaylov gəldi. Sənin üçün gözlənilməz olmadı ki?
- Baş
məşqçiləri çox tanınmışdı. Klub rəhbərliyi komandanın lazimi nəticələri əldə etməsi
üçün hər cür şəraiti yaradıb. Yuri Syominin seçdiyi yol düzgündü. Məncə “Qəbələ” yenə supertransferlər edəcək. Klub
düzgün yoldadı. Marat haqda isə heç nə bilmirəm. Uzun müddətdir ki, İzmaylovun
oyununa baxmamışam. Əgər Syomin İzmaylova güvənirsə, deməli kömək edəcək.
- Sən
“Qəbələ”də oynuyandan bu cür diqqət var idi kluba?
- Məncə,
indi daha yaxşıdı.
- Sən
burada oynadığın vaxtlarda sən və digər türkmənistanlı oyunçular Azərbaycana gəlirdi.
İndi isə klublarımız türkmən yox, tacik oyunçulara ehtiyac duyur. Səncə nəyə
görə indi türkmən oyunçulara ehtiyac yoxdu? Bəlkə taciklər daha güclüdü?
- Yəqin
indi Azərbaycanda türkmənlərə güvənmirlər. Amma mən dəqiq bilirəm ki, türkmən
oyunçular taciklərdən daha güclüdü. Həm milli, həm də klublarımız onları geridə
qoyur. Onların millisinə və klublarına qarşı oynamışam. Ona görə bilirəm.
- "Qəbələ" Tacikistan yığma komandasının üzvü Davroncan Erqaşei transfer etdi. Deyirsən səhv addımdı?
- Bilmirəm
səhv, ya düzdü. Sadəcə onu deyə bilərəm ki, tacik oyunçu "Qəbələ"yə nə xeyir verə bilər axı? Hər halda uğurlar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |