“Bəsdirin də, hə, o, götürmədi məni komandaya” AÇIQLAMA
Yayda “Slobodo” ilə müqavilə imzalayan Murad Hüseynov 1 oyun da keçirmədən Serbiyadan qovuldu. Lyuboşa Stamenkoviç ehtiyac duymayınca, millimizin sabiq üzvü üz tutdu Çexiyaya. “Banik” onu əvəzedici heyətə götürmüşdü. Amma baxışa. Ucaboy forvard ostravalıların da etibarını qazana bilmədi. Beləliklə, getdiyi hər yerdən rədd cavabı alan hücumçu Mahaçqalaya qayıtmaqla uğursuzluq zolağından çıxacağını güman edirdi. Yetişdiyi “Anji” imkan verdi ki, özünü göstərsin.
Lakin uşaqlıqdan "qab"ına bələd Hacı Hacıyevin ürəyinə yol tapa bilmədi. Antalya toplanışı doğma "Anji"də keçirdiyi son günlər kimi yadda qaldı. Bu günlərdə isə “Luç-Energiya”a baxışa yollandı. Millimizə “qol maşını” kimi dəvət alıb, “ətçəkən maşın” çıxan Hüseynov gözlənilmədən Vladivastok klubunda yoxlanışdan uğurla keçdi. Problem özünü danışıqların rəsmi hisəssində göstərdi. I Divizion təmsilçisi Muradı almadı ki, Azərbaycan vətəndaşlığı daşıyır. Komandanın erməni baş məşqçisi Aleksandr Qriqoryan Hüseynovu saxlamamaq üçün özgə bəhanə tapmadı: "Bu futbolçu xoşuma gəldi. Xarici olmasaydı, gözüyumulu götürərdim. Lakin indiki vəziyyətdə onun keçidi alınmayacaq”.
Ölkəmizdə “Qəbələ” və “Sumqayıt”ın formasını geyinmiş əslən dağıstanlı hücumçunu dünən biz də aradıq. Sualımızı olduqca aqressiv qarşılad: “Bəsdirin də artıq! Hə, erməni götürmədi məni komandaya. Ancaq bu, pis oyunçu olmağımla bağlı deyil. Bilmirəm burda hansı problemlər oldu. Qriqoryanın futbolu siyasətə qatdığını düşünmürəm. Bəlkə də yazılanlar kimidi. Yalandan nəsə deməyim düzgün olmaz. Azərbaycan qəzetləri yazır ki, Muradı "Luç"a götürmədilər. Hə, belə də oldu. Artıq yeni komanda axtarmaq lazımdı. Başqa çıxış yolum yoxdu. Yenə futbolsuz qalmaq istəmirəm".
"Sport Favorit"
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |