Şahin Diniyev AFFA-ya etiraz edir
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Bakı “İnter”ində çıxış edən oğlu Coşqun Diniyevə AFFA İntizam Komitəsinin kəsdiyi 9 oyunluq cəzanı şərh edib. Stadium.az xəbər verir ki, 48 yaşlı mütəxəssis qərarın ədalətli olmadığını deyib : “Bu qərar müzakirəsiz və oyunun diskinə baxmadan çıxarılıb. Gənc futbolçunu 9 oyun futbola həsrət qoymaq olmaz. Bəzi legionerlər bundan da betər hərəkətlərə yol verdikləri halda, xırda cəzalarla qurtulurlar. Amma gənc azərbaycanlı futbolçunu uzun müddətə kənarlaşdırırlar. Mənim qərardan şikayət etməyə hüququm yoxdur, amma güman edirəm ki, “İnter” apellyasiya verəcək”.
Coşqun Diniyev əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının XXI turunda “Simurq”la oyun zamanı baş vermiş davanın səbəbkarı sayılıb. Qərarda bildirilir ki, gənc futbolçu matçın 84-cü dəqiqəsində qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq azarkeşlərə qeyri-etik jest göstərib. Bu hadisədən sonra azarkeşlər meydana daxil olub və hər iki klubun futbolçuları və azarkeşlər arasında münaqişə baş verib. İnsident aradan qaldırıldıqdan sonra oyun bərpa edilib. Diniyev dava-dalaşda iştirak etdiyinə və azarkeşlərə qarşı qeyri-etik jestinə görə sərt cəzalandırıb və “İnter” 2500 manat cərimələnib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |