AZAL-dan «İnter»ə sərt ismarıc
AZAL-ın uğurlu çıxışı «İnter»ə yaman yer edib, deyəsən. Xüsusən də klubun bolqar prezidenti Georgi Nikolova. Nikolov hər açıqlamasında AZAL-a qarşı haqsız ifadələrdə bulunur. Təbi ki, cənab Georginin komandasının ilk dövrədə AZAL-dan 5 cavabsız top yerməsi, üstəlik, ikinci dövrədə də rəqibi uda bilməməsi prezidenti özündən çıxarır. Bu isə AZAL tərəfinin narazılığına səbəb olub. Klubun rəsmi saytında «İnter»ə qarşı sərt bəyanat yer alıb. Onu olduğu kimi diqqətinizə çatdırırıq:
rn«Bu mövsüm gözəl oyunu və əldə etdiyi nəticələrlə futbol azarkeşlərinin rəğbətini qazanan AZAL-ın uğurlu çıxışı, deyəsən, bir çoxlarının xoşuna gəlmir. "Unibank" Premyer Liqasının 17-ci turunun "İnter" - AZAL oyunundan sonra meydan sahibi olan klubun prezidenti Georgi Nikolov da öz açıqlamalarında bir daha bunu sübut edir.
rn "...AZAL da bizə qarşı əla voleybol oynadı. Rəqib müdafiəçilər iki dəfə əlinin köməyi ilə, mükəmməl blokla qapıya doğru uçan topun qarşısını kəsdi..." - deyən Nikolovun voleybol biliyini alqışlamağa dəyər. Yəqin ki, bu açıqlamalardan sonra ona ölkə voleybolunda hansısa yüksək vəzifə təklif oluna bilər. Amma, görəsən, o bilirmi ki, voleybolda 1:1 hesabı qeydə alına bilməz? Üstəlik, topa başla toxunuş da qadağandır? AZAL-ın isə oyundakı yeganə qolunu məhz cinah hücumundan sonra başla vurduğunu görüşü stadiondan və ekran qarşısından izləyən azarkeşlər də, futbol mütəxəssisləri də, jurnalistlər də, elə həmin "İnter"in futbolçuları da yaxşı gördülər.
Əgər çox hörmətli Nikolov AZAL və "İnter" arasında keçirilən birinci dövrənin oyunundan sonra voleybol barədə danışsaydı, bəlkə də bunu başa düşmək olardı. Hər halda, 5:0 voleybol hesabına daha yaxındır.
"İnter" prezidentinin nəzərinə çatdırmaq onu da istəyirik ki, onun söhbət açdığı epizodlarda top iki dəfə, nə qədər qəribə səslənsə də, "İnter"li futbolçuların əlinə dəyib. Bunu matçın müxtəlif rakurslardan qeydə alınmış videoyazısı da aşkar sübuta yetirir. Təsadüfi deyil ki, oyundan sonra ölkə idman mətbuatında dərc olunan yazılarda AZAL futbolçularının qaydalardan kənara çıxması ilə bağlı bir cümləyə belə rast gəlinmir. Bizim üçün Georgi Nikolovun futbol biliyindən çox, bu işin peşəkarları olan jurnalistlərin dəqiq və qərəzsiz münasibəti maraqlıdır. . Cənab Nikolova isə məsləhət görürük ki, oyun qaydaları ilə yaxından tanış olsun.
Ümumiyyətlə, Nikolovun bu açıqlamaları son həftələrdə AZAL PFK-ya qarşı səslənən haqsız ittihamların sırasına daxil olan növbəti nümunədir. Güclünün daha çox mühakimə edildiyini biz də yaxşı anlayırıq, amma bir daha qəti şəkildə bəyan edirik ki, AZAL PFK olaraq komandamıza qarşı səslənən istənilən qeyri-obyektiv və kinayəli ittihamlarla razılaşa bilmərik. Bu səbəbdən "İnter"in prezidenti Georgi Nikolovun da yuxarıda səsləndirdiyi sözlərə biganə qalmamaqla, klubumuza tərəf yönələn istənilən mənfi fikirlərə cavab verməyi özümüzə borc bilirik.
İnanırıq ki, Azərbaycanın dəyərli idman mətbuatı "İnter" - AZAL oyununu bir daha təhlil etməklə, kimin haqlı, kimin haqsız olduğunu tezliklə üzə çıxaracaq».
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |