"Bakı"nı məğlub etsək, yarımfinala adlayacağıq" MÜSAHİBƏ
"Rəvan"ın baş məşqçisi Güvənç Kurtarın müsahibə verib
- Hazırlıqlar necə gedir?
- Üç gündü məşqlərə başlamışıq. “Xəzər Lənkəran”la matça ciddi önəm veririk. Bütün oyunçular özünü yaxşı tərəfdən göstərir. Zədəlilərin sıraya qayıtması məni sevindirir. Yalnız iki cəzalı durumda olan - Cəmşid Məhərrəmovla Lukaş Sapelanın yoxluğu bizim üçün sıxıntı yarada bilər.
- Slovakiya millisinin üzvü Kamil Kapunek gəldi. Onun durumu necədi?
- Təbii ki, komandaya öyrəşməsi üçün bir az vaxt lazımdı. İlk məşqdə səviyyəsi hiss edilirdi. Çünki Slovakiya millisində, A seriyasında oynamış oyunçudu.
- Onun gəlişini siz istədiz?
- Əlbəttə, mən istədim.
- Çempionata verilən fasilə “Rəvan” üçün düşərli oldu?
- Elədi. Biz bir neçə gün çalışa bilmişdik. Bu fasilədən maksimum yararlanmağa çalışacağıq. Zamana çox ehtiyacımız var. Nə qədər çox vaxtımız olsa, bir o qədər yaxşı olacaq.
- “Rəvan”a baş məşqçi təyin olunmağınızdan bir müddət keçib. Komandada hansı dəyişikliyi edə bildiyinizi düşünürsüz?
- Sıxıntılarımızı aradan qaldırmağa çalışdıq. Əsasən, müdafiədəki problemləri aradan qaldırdıq. Bundan əlavə, hücuma getməkdə də çətinlik çəkirdik. Onları da aradan qaldırdıq. Sabahdan taktiki çalışmalarımız olacaq.
- Komandanın çıxışını yaxından izləyirəm. Görürəm ki, Oke Akpoveta irəli ucda tək qalır. Sanki ona kömək edən olmur...
- O da olacaq. Hələ ki, yeni-yeni öyrədirik. Bu işlər asan-asan olmur axı. Deyə-deyə də olan şey deyil. Ancaq ki, gərək bir hərəkəti 100 dəfə təkrar edəsən ki, nəsə alına. Top bizdəykən qol vurmağa, top rəqibdəykən müdafiə olunmağa çalışırıq.
- Kamil Kopuneki hansı bölgədə oynatmağı düşünürsünüz?
- Kamil özünü göstərmiş oyunçudu. Sadəcə, vaxta ehtiyacı var ki, bura öyrəşsin. Məhz bundan sonra bizə çox yaxşı köməyi dəyər.
- “Qəbələ” və AZAL matçlarında pis oynamadız, 4 xal qazandız.
- Əslində, ondan əvvəlki “Qarabağ” matçında da yaxşı oynadıq. Sadəcə, “Qarabağ”ın iki aparıcı üzvü - Riçard Almeyda və Çumbinyonun qarşısını alan 2 oyunçumuz zədələndi. Hər ikisini də əvəzləməyə məcbur olduq. Onları meydandan çıxmamışdan “Qarabağ”ın qol vurmaq imkanı yox idi. Ancaq yavaş-yavaş komanda düzəlir. Tyaqo Mirasema da zədəsini sağaldıb, qayıdıb.
- "TRT Avaz"da efirə çıxan “Futbol Avrasya” verilişinə telefonla bağlandız və “Qəbələ” ilə oyun haqda fikirlərinizi bildirdiz. Əsasən də hakimləri tənqid etdiz. Onlar artıq sizi çox bezdirir?
- Hakimlərin hər zaman səhvləri olur. Düzdü, bir neçə oyunda hakimlər bizim canımızı “yaktılar”. O da olur da, neyləyək? İnşallah, yaxşı olar! Biz də Azərbaycana özümüzə güvənib gəldik. Hər halda bir karyeramız var, burda özümüzü göstərmləyik. Çalışırıq ki, Azərbaycan futboluna və milliyə bir neçə oyunçu hazırlayaq.
- Qarşıda sizi “Bakı”ilə kubok qarşılaşması gözləyir. "Rəvan"ın cari mövsümlə bağlı əsas ümidi bu turnirədi. Şans varmı?
- “Bakı” yaxşı komandadı. Amma bizim də iddiamız var. Ancaq bizi artıq elə asan uda bilməzlər.
- 1:5-i nəzərdə tutursuz?
- Təbii. Eyni hesab təkrar hesab olunmaz bu dəfə. Sadəcə, həmin vaxtı “Bakı” ilə matç hazırlıqsız dönəmimizə dəng gəlmişdi.
- Çempionatda oyunçular üçün bir stimul olmasa da, hər halda ölkə kubokunda stimul yüksəkdi. Elədi?
- Düzdü, ölkə kubokunda uğur qazansaq avrokuboklara gedə bilərik. “Bakı”nı məğlub etsək, yarımfinala adlayacağıq.
- İvan Pexa haqda fikrinizi almaq istəyərdim. Komandadan ayrılmasının səbəbi nə idi? Özü deyir ki, siz ona xaraktersiz oyunçu demisiz...
- Mən ona oyun anlamında xaraktersiz demişəm.
- Deyir ki, Kurtar geyimimi, saç düzümüm bəyənmirdi...
- Yox bunlar hamısı uydurmadı. Mən ona futbol anlamında xaraktersiz deyirdim. Bir oyun oynatmamış, küsürdü. Çəkilib kənarda uşaq kimi otururdu. Bu da digər oyunçulara təsir edirdi. Onda kimi oynatmırıqsa, elə hamı küsüb dursun kənarda da. Belə olmalı deyil. Pexa mən deyənləri etmədi, göndərdim getdi. Davranışları düzgün deyildi. Komandanın psixologiyasını pozurdu. “Simurq”la oyunun videoyazısına baxdım və o, pis gündə oynamışdı. Amma mən ona şans verdi. Hər halda ona uğurlar arzu edirəm.
- Dmitri Kruqlovun gəlişi nə dərəcədə doğrudu?
- Bu yaxınlarda gələcək.
- Cinahda Julio Sezar varsa, Kruqlov nəyə lazımdı?
- Düzdü, hər ikisi demək olar ki, eyni mövqedə oynayır. Amma Kruqlovu daha irəlidə oynadacağıq. (Sportinfo.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |