Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
AFFA-nın növbəti Hesabat Konfransı keçirilib
07.03.2014 | 3206 dəfə oxunub
Bu gün Hilton otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat Konfransı keçirilib. Stadium.az xəbər verir ki, Konfransı AFFA prezidenti Rövnəq Abdullayev açaraq tədbirdə iştirak edən UEFA-nın I vitse-prezidenti Şenes Erziki, nümayəndələri, qonaqları və mətbuat nümayəndələrini salamlayıb. Hesabat dövrü ərzində ölkə futbolunun inkşiafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən R.Abdullayev görülən işlərin müsbət nəticələr verdiyini bildirib. AFFA prezidenti Avro-2020-nin oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin UEFA tərəfindən təqsdiq olunduğunu, 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə əlaqədar namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq, UEFA-ya təqdim edilmək üçün sifariş kitabının hazırlanması ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin sərəncam imzaladığını xatırladıb, sifariş kitabının hazırlanması məqsədilə müvafiq işlərin görüldüyünü bildirib. Sonra söz AFFA-nın baş katibi Elxan Məmmədova verilib. Baş katib Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində və ötən il keçirilmiş yoldaşlıq oyunlarında vurduğu qollardan hazırlanmış videoçarxın izlənməsini təklif edib. Videoçarxın nümayişindən sonra mandat komissiyasının sədri Mahmud Sadıqov məruzə edərək 35 nümayəndənin 33 nəfərinin Konfransda iştirak etdiyini və Konfransın səlahiyyətli olduğunu bildirib.
Elxan Məmmədov çıxış edərək Azərbaycan futbolunun inkişafı ilə bağlı AFFA tərəfindən müəyyənləşdirilmiş prioritet istiqamətlər - infrastruktur, kütləvilik, təhsil - və bu yöndə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib. Baş katib qeyd edib ki, AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında videoçarx hazırlanıb. Hesabat xarakterli videoçarxın nümayişindən sonra Elxan Məmmədov məlumat verib ki, hər bir Konfrans iştirakçısının qovluğunda AFFA tərəfindən hazırlanmış hesabat jurnalı, eyni zamanda videoxülasənin DVD-si var. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2013-cü ilin maliyyə hesabatını, həmçinin 2014-cü il üçün büdcə layihəsini təqdim edib (maliyyə hesabatı və büdcə layihəsi saytımızda yerləşdiriləcək). Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Babək Məmmədovun hesabatı dinlənilib. Hesabatlar təqdim olunduqdan sonra Konfrans nümayəndələri yekdilliklə AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olması barədə qərar qəbul ediblər.
Baş katib Elxan Məmmədov UEFA və AFFA-nın birgə layihəsi olaraq irqçiliyə qarşı videoçarx hazırlandığını, layihədə dünya futbol ulduzları ilə yanaşı Azərbaycan milli komandasının üzvləri Rəşad Sadıqov, Ruslan Abuşov və Rauf Əliyevin də iştirak etdiyini deyib, videoçarx nümayiş olunub.
Sonra Konfransın fəxri qonağı, UEFA-nın I vitse-prezidenti Şenes Erzik çıxış edərək, AFFA-nın yaranma tarixi, ötən əsrin 90-cı illərində bu istiqamətdə görülən işləri xatırladıb, ötən müddət ərzində Azərbaycan futbolunun böyük inkişaf yolu keçdiyini bildirib.
Konfransın sonunda Avro-2020-nin oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Konfrans başa çatdıqdan dərhal sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |