Böyükağa Hacıyev: "Bu oyunda əsas məqsədimiz qol buraxmamaq idi"
“Çox gərgin oyun alındı. Qarşımıza qoyduğumuz məqsədə nail olduq, növbəti mərhələyə keçdik. 65-ci dəqiqədən sonrakı əvəzetmələr buna xidmət edirdi. Denis Silva sırf dayaq yarımmüdafiəçisi kimi oynadı, bunun bəhrəsini gördük. Qol imkanlarından istifadə etsəydik, oyundan qələbə ilə ayrılardıq". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun 1/4 finalında "İnter"lə cavab matçından (0:0) sonra deyib.
O, Rəşad Sadiqovu bu görüşdə də oynatmamasının səbəbindən də danışıb: "Rəşad istirahət edir. Futboldan bir az istirahət etməsi üçün ona icazə verilib. Qarşıdakı oyunlarda bizə kömək etməlidir. Bizdə uzunmüddətli istirahət olmur".
Təcrübəli mütəxəssis yarımfinaldakı rəqibləri "Rəvan"a qarşı ciddi hazırlaşacaqlarını bildirib: "Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Topaz Premyer Liqasında zəif komanda yoxdur. Bütün komandalar “Neftçi”yə qarşı xüsusi istəklə oynayır. Qarşıda “Rəvan”la oyunumuz var, ciddi hazırlaşacağıq. Hücumda kifayət qədər güclü futbolçularımız var. Bu oyunda əsas məqsədimiz qol buraxmamaq idi. Məqsəd İsayev Mahir Şükürovun mövqeyində xoş təsir bağışladı. Mən gənc futbolçuları əsas heyətə düşünmədən qoyuram. Çünki, futbolçularımın nəyə qadir olduğunu yaxşı bilirəm. Çempionluq şansımızı hələ itirməmişik. Kubokun finalına çıxsaq, rəqibin kimliyi fərq etməz. Çalışacağıq ki, bir daha ölkə kubokunu qazanaq. Mənim üçün bütün komandalar eynidir".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |