"Blayevskinin “Xəzər Lənkəran”a keçidini çoxları başa düşmədi" AÇIQLAMA
“Xəzər Lənkəran”ın qış fasiləsində heyətinə qatdığı
oyunçulardan biri Deyan Blayevski oldu. Cari mövsüm Makedoniya yüksək liqasında
bombardirlik keyfiyyətlərini göstərən yarımmüdafiəçi “Turnovo”dan transfer
edildi. Bunun üçün “Xəzər” makedon klubuna nə az, nə çox 400 min avro ödəməli
oldu. Təbii ki, Mustafa Dənizli Blayevskinin transferində önəmli rol oynayıb.
Türk mütəxəssis özü makedonu bəyənərək, transfer edilməsini istəyib.
“Turnovo”nun bu mövsüm yeganə “qol silahı” olan Blayevski “Qarabağ”la matçda debüt etdi. Onun “Xəzər Lənkəran”a keçidi Makedoniyada normal qarşılanmayıb. Bu barədə Makedoniya futbolunun tanınmış simalarından olan Nderim Necipi Sport Favorit-ə açıqlamasında bildirdi. Almaniyada “Herta”, “Volfsburq”, Belçikada isə “Liers” kimi klublarda oynadıqdan sonra 2011-ci ildə “Qarabağ”a gələn makedon futbolçu burada yalnız bir mövsüm tab gətirə bildi. Rumıniyanın “Vasluy” klubundaki qısamüddətli məcaradan sonra ölkəsinə “Şkendiya”ya dönən Necipi Blayevskinin “Xəzər”ə keçidini başa düşmür: “Deyan əla oyunçudu. Qol vurmaq qabiliyyəti həqiqətən də güclüdü. Cəld və sürətli oyunçudu. Səhv etmirəmsə, 15-dən çox qol vurmuşdu bu il “Turnovo”da. Bombardirlə siyahısında birinci yerdə olmalı idi. İndi Krste Velkoskinin Blayevskini ötmək şansı var(gülür). O, kimdi? “Rabotniçki”də çıxış edir. Bombardirlik sırasında ikinci yerdə idi. Mənim dostumdu. Blayevskinin “Xəzər Lənkəran”a keçidi mənə çatmadı. Düzdü, əla oyunçudu. “Xəzər”ə də kömək edər. Amma qışda və hazırki dövrdə “Turnovo”nu tərk etməsini anlamadım. Düzdü, bəlkə də yaxşı pul təklif ediblər. Hər halda o, çempion olub yayda da gedə bilərdi. Amma görünən budu ki, onun üçün ən doğrusu indi getmək imiş. Klubu da buraxıb. Makedoniyada bu xəbəri hamı eşidib. Bəlkə də çoxları mənim kimi başa düşmədi Blayevskinin “Turnovo”nu tərk etməsini. Ancaq hamı onun uğurunu istəyir və buna inanır. Makedoniya mətbuatında da oxudum ki, “Xəzər Lənkəran”a getməyi ona Nikola Qliqorov məsləhət görüb. Yaxşı edib. Nikolanın yerində mən olsaydım, yenə o cür məsləhət görərdim”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |