"Qarabağ" qalib gələrək..." TURA ŞƏRH
Bu gün Premyer Liqanın 27-ci turunun oyunları keçiriləcək. Stadium.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq. Ölkənin tanınmış futbol adamı, "Qarabağ"ın məşqçisi Samir Musayev oyunlara şərh verib.
"Xəzər Lənkəran" - "Simurq"
"Xəzər Lənkəran" bəzi oyunçularına istirahət verəcək"
"Turun adi oyunlarından biridi. "Xəzər Lənkəran" əsas diqqətini kubok oyunlarına yönəltdiyindən ola bilsin ki, bu görüşdə bəzi oyunçularına istirahət verdi. Çünki "Xəzər"in çempionatda heç bir iddiası yoxdu. "Simurq" da həmçinin çempionatda heç bir iddiası qalmayan klubdu. Ona görə də deyirəm ki, bu "Simurq" üçün də adi oyundu. Hər halda Zaqatala klubunun məğlub olmayacağını fikirləşirəm".
"Rəvan" - "Neftçi"
"Rəvan"ın "Neftçi"dən xal alacağı inandırıcı görünmür"
"Neftçi" üçün çox vacib oundu. Çünki turnir cədvəlində "Neftçi"dən sonra gələn komandalar demək olar hamısı xal itirə bilər. "Neftçi" də bundan istifadə etməlidi. Kubok oyunlarında "Neftçi" bəzi oyunçularını qorudu. Bu da çempionata daha çox güc ayırdığını göstərir. "Rəvan" tarixində isə ilk dəfə yarımfinala çıxdı. Onlar bütün gücünü və diqqətini kubok matçına yönəldib. "Rəvan"ın "Neftçi"dən xal alacağı heç inandırıcı görünmür. Amma futboldu, hər şey olar. "Neftçi"nin qalib gələcəyini düşünürəm".
AZAL - "Bakı"
"Bakı"nı çətin oyun gözləyir"
"Bakı" AZAL-a bu oyunda qalib gələrsə ikinci yeri tutmaq üçün şansı olacaq. "Bakı" ardıcıl üç oyundu ki, qalib gələ bilmir. Bu uğursuzluq zolağından çıxmaq üçün AZAL-a mütləq qalib gəlmək lazımdı. AZAL yeni baş məşqçisi ilə debüt oyununa çıxacaq. AZAL-lı futbolçular baş məşqçinin etibarını qazanmaq üçün oynayacaq. Əsas heyətdə özlərinə yer etmək üçün AZAL-lı futbolçular sona kimi oynayacaq. Məhz buna görə də "Bakı"nı çətin oyun gözləyir".
"Həm "İnter", həm də "Qəbələ" üçün çətin oyundu"
"Qarabağ" üçün bu komandaya qarşı oynamaq hərdən çətin olur. Ona görə də "Qarabağ" bu oyuna ciddi hazırlaşıb. Bu cür komandalara qarşı xal itirmək "Qarabağ" üçün hazırki vaxtda yol verilməzdi. Bu oyunda qazanılacaq üç xal çempionluğa daha da yaxınlaşmaq deməkdi. "Qarabağ"ın bu oyundan maksimum xal çıxaracağına inamım böyükdü. "Sumqayıt" baxımlı oyun nümayiş etdirməyə çalışacaq. "Sumqayıt" da həmişəki kimi gənc futbolçuların təcrübə toplaması üçün oynayacaq. "Qarabağ"ın bu oyunda qalib gələcəyini düşünürəm. "Qarabağ" qalib gələrək izləyicilərindən bir az da uzaqlaşa bilər".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |