"Vaqif Sadıqovun işinə qarışmaq düz olmazdı" AÇIQLAMA
AZAL rəhbərliyi bir müddət öncə istefa verən Vaqif Sadıqovun onlar haqda səsləndirdiyi ittihamlara münasibət bildirib. "Təyyarəçilər"in vitse-prezidenti Fikrət Hüseynov açıqlamasında Sadıqovun onların ünvanına işlətdiyi ifadələrə cavab verib. "Bizim rəhbərlik heç vaxt baş məşqçinin işinə qarışmayıb. Axırda onun nəticələrinə baxıb qiymət vermişik. Çempionat gedə-gedə Vaqif Sadıqovun işinə qarışmaq düz olmazdı".Sadıqov mətbuata müsahibəsində xəyanəti qəbul edə bilmədiyi üçün klubdan ayrıldığını bildirmişdi. Həmin fikirlər haqda da danışan Hüseynov Sadıqov işlədiyi vaxtda heç bir məşqçi ilə danışıq aparmadıqlarını söyləyib: "Xəyanətə gəlincə, guya biz Tərlan Əhmədola artıq danışmışıq. Bu, düzgün ifadə deyil. Biz "Neftçi" ilə oyundan 1 gün əvvəl Əhmədovla söhbət eləmişik. O da fikirləşib, oyundan sonra öz razılığını verib".Vitse-prezident Sadıqovun vaxtından əvvəl istefaya göndərilməsini belə izah edib: "Potensial tükəndi, komandada ruh düşkünlüyü yarandı. Bütün bunları rəhbərlik görürdü. Bundan sonra oturduq, söhbət elədik, ortaq məxrəcə gəldik"."Aşağı pillədə qərarlaşmış və iddiasını itirmiş bir komandadan sona 11 tur qalmış avrokuboklara vəsiqə qazanmasını tələb etmək nə dərəcədə düzgün idi" sualına isə Hüseynovun cavabı belə oldu: "Biz Avroliqaya düşməyi hələ mövsümün əvvəlində onun qarşısına şərt kimi qoymuşduq. Vaqif Sadıqov bizimlə ikiillik müqavilə bağlamışdı. Birinci sezonda komandanı tanımalı, heyəti formalaşdırmalı idi. İkinci mövsüm öncəsi keçirilən iclasda isə qarşıya Avroliqaya düşmək hədəfi qoymuşduq. 2-ci, 3-cü dövrədə iddiamızı davam etdirirdik. Çünki arada elə böyük xal fərqi yox idi. Yəni, həmişə deyirdik ki, Avroliqaya vəsiqə qazanmalıyıq".
sportinfo.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |