"Kaxaber Sxadadze ilə söhbətim olmayıb, şans gözləyirəm" MÜSAHİBƏ
"İnter"in yarımmüdafiəçisi Fuad Bayramov Stadium.az-a müsahibə verib. Ötən il böyrəyi çıxarıldıqdan sonra futboldan uzaqlaşacağı deyilən Bayramov özündə güc taparaq yenidən əsas komandaya qayıtdı. Kaxaber Sxadadzenin ən çox güvəndiyi oyunçulardan olan Fuadın qarşıdakı turlarda əsas heyətdə meydana çıxacağı gözlənilir.
- Məşqlərə
başlamısan?
- Bir aydı ki,
qayıtmışam.
- Məlum məsələdən
sonra məşq etmək çətin gəlmirki?
- Yox hər şey
yaxşıdı. Bir az oynamaq lazımdı. Zədədən sonra təcrübə toplamaq üçün.
- Kaxanın sənə
münasibəti dəyişməyib?
- Yox, dəyişməyib.
Böyrəyimi itirsəm də, məni komandada saxldılar. Sağolsunlar.
- Amma bir ara
deyəsən səninlə yolları ayrımaq istəyirdilər. Düzdü?
- Yox, sadəcə
anlaşılmaz olmuşdu.
- Əsas
komandanın oyunlarına nə vaxt qayıdacaqsan?
- İnşallah baş
məşqçi nə vaxt şans versə. Çalışacam ki, əvvəlki kimi olum.
- Kaxaber
Sxadadzenin sənə əvvəlki kimi güvənmədiyini hiss etməmiş olmazsan...
- Axı güvənməsəydi
saxlamazdı komandada. Güvənib ki, saxlayıb.
- Oynamadığın
vaxtda diqqətdən kənar qalmağın səni futboldan küsdürmədi?
- Açığı mən zədə
alsam da formadan düşmürəm. Bir-iki oyun lazım olur ki, əvvəlki formamı bərpa
edim. Bu yaxşıdı. Futbolçu var ki, zədələnəndən sonra uzun vaxt lazım gəlir
özünə gəlməsi üçün. Futboldan küsmədim. Sadəcə filirləşirəm ki, birdən belə
olmasaydı bəlkə də indi əsas millidə oynayırdım. Amma şükür Allaha indi də hər
şey yaxşıdı.
- Kaxaber
Sxadadze ilə danışmısan? Nə deyir?
- Yox, heç bir
söhbətimiz olmayıb. Ancaq nə vaxt şans versə, doğruldacam özümü.
- Hər halda
yenidən əsas heyətə düşməyin çətin görünür. Çünki indi Abdulla Abatsiyev
oynayır. Necə düşünürsən, onu sıxışdırıb çıxarda bilərsən əsas heyətdən?
- Təbii ki, çətindi.
Amma çalışacam ki, əsas heyətdə oynayıb. Abdulla indi yaxşı formadadı.
- Son sözün nədi
Fuad?
- Allah heç bir
futbolçuya zədə göstərməsin. Futbolçunun ən pis günü zədəli olduğu vaxtlardı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |