Kaxaber Sxadadze "İnter"dən gedəcək
Bir qədər öncə xəbər verdiyimiz kimi, “İnter”lə yeni müqavilə imzalamayan Kaxaber Sxadadze iş yerini dəyişə bilər. Stadium.az xəbər verir ki, gürcü mütəxəssisin Azərbaycanda qazandığı uğurlar öz ölkəsinin diqqətindən yayınmır. Ölkəsini xaricdə ən yaxşı təmsil edən məşqçilərdən olan Sxadadze “Dinamo”nu çalışdıra bilər. 45 yaşlı mütəxəssisə elə flaqmandan təklif gəlib. Amma hələ ki, həmyerlilərinə cavab verməyib.Məşqçi karyerasına Tbilisi “Lokomotiv”ində başlayan Kaxa 2005/2006 mövsümündə “Dinamo”nu da çalışdırıb. “Sioni” və Gürcüstanın U-21 yığmasında da işləmiş Sxadadze 2009-cu ildən “İnter”in baş məşqçisidi. Bununla bağlı redaksiyamıza daha bir neçə məlumat daxil olub. "Dinamo"nun futbolçularından biri adının çəkilməməsi şərtiylə deyib ki, klub rəhbərliyi Kaxanı Tbilisiyə qaytaracaqları barədə onları bilgiləndirib. Çünki oyunçular kimi, rəsmilər də Malxaz Jvaniyanın fəaliyyətindən narazıdı. Bu ilin əvvəlində çex Duşan Uhrini baş məşqçi postunda əvəzləyən Jvaniya təcrübəsizdi. Düzdü, "Dinamo" cari ölkə çempionatında uğurla çıxış edir və 55 xalla turnir cədvəlinin vahid lideridi. 12 iştirakçılı birinciliyin səviyyəsi yuxarı olmadığından, "dinamoçular" Jvaniya ilə Çempionlar Liqasında uğur qazanacaqlarına inanmırlar.
Hədəf isə yüksəkdi: komanda ÇL-də pley-off mərhələsinə çıxmağı, burda istənilən nəticə qeydə alınmasa, Avroliqanın qrupunda qüvvəsini sınamağı planlaşdırırır. Bunun üçün sponsor büdcəni 10 milyon civarında müəyyənləşdirəcəyini vəd edib.
Tanış gürcü menecer isə söyləyib ki, Sxadadzenin "Dinamo" rəhbərliyi və vaxtilə bu klubun heyətində SSRi çempionatında iz buraxmış tanınmış veteranlarla əla münasibəti var. Həmin veteranlar öncə Kaxanın özüylə telefon əlaqəsi yaradıb, ardınca isə 2 rəsmi şəxs görüşmək məqsədilə Bakıya gəlib. Gürcü çalışdırıcının "İnter"in yeni ikiillik müqavilə təklifini imzalamağı təxirə salması "Dinamo"dan aldığı dəvətin daha cəlbedici olmasıdı. Məlumata görə, o, artıq həmvətənlərinə ilkin razılığını verib. Şifahi anlaşmanın rəsmiləşməsi isə "Dinamo"nun əsas himayədarları isə görüşdən sonraya qalıb. (sportinfo.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |