"Neftçi" bizdən qisas almağa çalışacaq" MÜSAHİBƏ
"Sumqayıt"ın hücumçusu Tarzin Cahangirov Stadium.az-a müsahibə verib
- Qarşıdakı turda “Neftçi” ilə oynayacaqsız. Bu oyun haqda hansı fikirdəsən?
- Ötən turda qələbə qazandıq. Biz də bilirik ki, “Neftçi” səfəri bizim üçün çox çətin olacaq. Ancaq hər şeyi də yaxşı başa düşürük. Bu matça yüksək əhval-ruhiyyədə çıxacağıq. İnanırsız, Azərbaycanda çox komandada olmayan özünəinam bizdədi. İnanırıq ki, bu matçda ən azından 1 xal qazana bilərik. “Neftçi” kuboku da nəzərə alsaq, yaxşı təsir bağışlamır. Biz də bundan istifadə etməyə çalışacağıq.
- “Neftçi”yə
2:0 hesabı ilə qalib gəlmişdiz və demək olar ki, onlara çempionluq yolunda
“badalaq” vura bilmişdiz. Düşünmürsən ki, həmin qələbədən sonra “Neftçi” sizinlə
oyuna daha ciddi hazırlaşacaq?
- 100 % bilirik ki, “Neftçi”
bu oyuna çox ciddi yanaır. Loru dildə desək, bizdən qisas almağa çalışacaq.
Amma bu onlar üçün elə də asan olmayacaq.
- “Neftçi” ölkə kubokunda
“Rəvan”a da qalib gələ bilmədi. Bunun acığını sizdən çıxmazlar ki?
- Bəzən olur ki, acıq
çıxmaq istəyirsən, amma onun tam əksi olur. Niyə də bu oyunda belə olmasın?
- Yəni deyirsən, “Neftçi”yə
qalib gələ bilərsiz?
- Həyatda hər şey mümkündü.
Əsas olan odur ki, istəyəsən.
- Premyer Liqada qalmaq
uğrunda əsas rəqibiniz “Rəvan”dı. Ölkə kubokunda uğurlu çıxış etdilər. Onları
keçə biləcəksiz?
- Dünya futbolunda da şahid
olduğumuz bir şeydi bu. Yəni elə komanda var ki, çempionatda yaxşı təsir
bağışlayır ölkə kubokunda oynaya bilmir. Bunun əksi də olur. Sözümün canı odu
ki, “Rəvan” kubokda göstərdiyi oyunu çempionatda görsədə bilmir. Məncə biz daha
yaxşı oynayırıq.
- Səncə, mövsüm sonunda
Premyer Liqada hansı komanda qalacaq? “Rəvan” yoxsa, “Sumqayıt”?
- “Sumqayıt” Premyer Liqada
qalmağa layiqdi. Bunu tək mən yox, futbolsevərlər deyir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |