"Atamın səhhətində problemlər olduğuna görə, AZAL-dan ayrıldım" MÜSAHİBƏ
AZAL-dan ayrılan və Moldova yüksək liqasında yarışan "Veris"lə müqavilə imzalayan Vladimir Boqdanoviçin müsahibə verib
- "Veris"də işlərin necə gedir?
- Normal.
- Oynayırsan?
- Hə, oynayıram. Sadəcə iki aylıq müqavilə imzalamışam.
- Niyə iki ay?
- Çox qalmaq istəmirəm burada. Klubsuz qalmamaq üçün “Veris”lə müqavilə imzaladım.
- Bəs AZAL-da niyə qalmadın?
- Belə alındı.
- AZAL-dan ayrılmağına səbəb nə oldu?
- Özüm ayrılmaq istədim.
- Problem nədə idi?
- Ailəmə görə Azərbaycandan ayrılmalı oldum. Atam xəstə idi.
- İndi Moldovada xoşbəxtsən?
- Hə. Hər halda iki ay qalacam burada.
- Moldovada oynamaq yaxşıdı, ya Azərbaycanda?
- Mənim üçün əsas odu ki, Moldovada ailəm xoşbəxtdi. AZAL-a da uğurlar arzu edirəm. Çox xoşbəxt idim orada. Bəlkə nə vaxtsa yenidən AZAL-a qayıtdım. Bilmək olmaz. Həyatda hər şey baş verə bilər.
- Təklif almısan Azərbaycandan?
- Yox. Xəbərim də yoxdu.
- Deyirəm, bəlkə Vaqif Sadıqovla problemin olduğuna görə ayrıldın AZAL-dan?
- Deyirsiz, yəni, ailə söhbətini özümdən çıxardıram? Həqiqətən də atam görə getdim. Vaqif Sadıqovla münasibətim əla idi. Mənə görə çox güclü mütəxəssisdi. Ondan çox şeylər öyrəndim.
- Komandadan göndərdilər onu. Yerinə Tərlan Əhmədovu gətiriblər...
- Tərlan Əhmədov? Xeyr, onu tanımıram.
- Sən hələ AZAL-a gələndə məni bir sual maraqlandırırdı. Necə alındı ki, “Srvena Zvezda” və “Panetolikos” kimi klubdan sonra AZAL-a gəldin?
- Mən AZAL-dan əvvəl “Torpedo” ilə anlaşmışdım. Sadəcə Moskva klubu birinci divizionda oynadığından düşündüm. Həm də ki söz verdikləri pulu ödəmək istəmədilər. Elə həmin vaxt Vaqif Sadıqov zəng elədi və komandasına dəvət etdi. Mən də gəldim. Peşman deyiləm AZAL-da oynadığıma görə.
- Səni heç AZAL-da aldadan olmadı? Dedikləri pulu qəpiyinə kimi verdilər sənə?
- Məni heç kəs aldatmayıb AZAL-da. Orada futbolçular və rəhbərliklə münasibətim əla idi. Sadəcə, bayaq da dediyim kimi, atamın səhhəti yaxşı olmadığına görə ayrıldım AZAL-dan. (sportinfo.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |