"Bakıda bütün azarkeşlər yüksək səviyyəli oyun nümayiş etdirdiyimizi gördü" MÜSAHİBƏ
"Kayrat" futzal klubunun baş məşqçisi Rikardo Sobral (Kaka) müsahibə verib.
- Kaka "Araz"a qalib gələ bilərdiz. Amma sonda uduzduz. Üçüncü yeri də tuta bilmədiz. Niyə belə oldu?
- Bu oyunun müqəddəratını bir hadisə dəyişdi. O da İquetanın qırmızı vərəqə alması. Başqa heç nə.
- Səncə, həmin epizodda İqueta səhv hərəkət etdi? Topa çıxmalı idi?
- Açığı iki güclü komanda oynayırdı. Biz yarımfinalda da əla oynamışdıq. İquetanın epizoduna gəldikdə, düz etmişdi. İrəli çıxıb topun qarşısını aldı. Amma hakimlər səhvə yol verdi. Qapıçımıza səhvən qırmızı vərəqə göstərdilər. Layiq deyildi qırmızı vərəqəyə. Əgər hakimlər İquetaya qırmızı verməsəydilər, “Araz”ı asanlıqla məğlub edərdik.
- Həm yarımfinalda, həm də üçüncülük uğrunda matçda uduzmağınıza baxmayaraq iddialı danışırsız. Sizcə, “Kayrat” bu qədər güclü idi?
- "Kayrat" Bakıda futzalın pik nöqtəsində oynadı. Yüksək səviyyəli oyunumuza görə də hamının rəğbətini qazandıq. Azarkeşlər də “Kayrat”ın gücünü gördü. Heyf ki, həm yarımfinalda, həm də üçüncülük uğrunda matçda hakim səhvləri uğur qazanmağımıza mane oldu.
- Deməyindən belə çıxır ki, hakimlər “Araz”a kömək edirdi?
- Bəli, hakimlər bərbad idarəçilik etdi.
- Bakıya çempion kimi gəlmişdiz. Son çempionun turniri medalsız başa vurmasına Qazaxstanda necə reaksiya verdilər? Rəhbərlikdən sizi tənqid edən oldu?
- Biz Qazaxstanda həm ölkə çempionluğunu, həm də kuboku götürdük. Yeryomenko kubokuna da sahib çıxmışdıq. “Dördlər finalı”na da çıxmaq böyük iş idi. Komandamla fəxr edirəm. Mövsümü görün necə titulla başa vurduq. Heç kəs bizi tənqid etməz. (sportinfo.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |