"Avrokuboklara getməyi çox istəyirəm" MÜSAHİBƏ
Milli komandamız və "Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi
- "Bakı" 4 turdu ki, qələbə qazana bilmir. Enişin səbəbi nədi?
- Mən də bilmirəm. Futbolda belə şeylər olur. Daim udmaq olmur. Qarşıda hələ 3-4 tur var. İndidən heç nə demək olmaz. Artıq keçmiş oyunları unutmalıyıq. Dörd turu fikirləşməliyik. Qarşıda "Qarabağ"la ağır oyunumuz var. Bütün fikrimizi həmin oyuna yönəltməliyik.
- 4 həftə öncə komandanız avrokuboklara düşməyə ən real namizədlərdən biri idi. İndi isə vəziyyət bir qədər fərqlidi. "Bakı"nın son uğursuzluqları ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Onlardan biri də Ruslan Leviqa məsələsinə görə komandanın cari mövsümdə UEFA tərəfindən cəzalanacağı və Avroliqaya buraxılmayacağıdı. Məhz bundan sonra komandada ruh düşkünlüyünün yarandığı və oyunlara ciddi yanaşmadığı söylənilir.
- Mən bu söhbəti birinci dəfədi eşidirəm. O, nə borcdu ki? Mən bilən, 40-50 min dollardı. Ona görə "Bakı"nı avrokuboklardan kənarda saxlamazlar. Digər tərəfdən, hansı məbləğ olsa da, onu mütləq ödəyərlər ki, klub cəzalanmasın. Bunlar həll olunası problemlərdi. Elə ciddi məsələlər deyil. İnanıram ki, o pulu nə vaxt olsa, verə bilərlər. Bunlar bizim üçün xırda şeylərdi. Əsas bizim öz fikrimizdi. Qalanları boş şeydi.
- Milinko Pantiç son açıqlamalarından birində qarşısına avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulmadığını bildirib. Səncə, baş məşqçinin bu cür fikirlər səsləndirməsi komandanın oyununda geriləməyə səbəb ola bilərmi?
- Ola bilər. Bu, Pantiçin öz fikridi. Mən avrokuboklara getməyi çox istəyirəm. Orda oynamaq üçün çox darıxmışam. Nəticə qazanmaq lazımdı ki, Avroliqaya düşək. Əsas məqsəd ora düşməkdi. Bundan sonra kim istəməz ki, avrokuboklarda oynasın? Bu, mənim öz fikrimdi. Alınmasa, üzülərik. Amma futboldu. Belə şeylər olur.
- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Sabiq komandan son iki oyunda xal itirdiyindən, "Bakı" ilə görüşə daha ciddi yanaşacaq. Prinsipial matçla bağlı nə deyə bilərsən?
- Doğrudan da çətin oyun olacaq. "Qarabağ"da da gərginlik var, bizdə də. Hər iki komanda meydana qələbə üçün çıxacaq. Doğrudan da maraqlı oyun olacaq. "Qarabağ" güclü komandadı. Çox güclü oyunçuları, baş məşqçiləri var. Qələbə qazanmağı "Qarabağ"dan çox istəyirik. Çünki istəyimiz avrokuboklara getməkdi. Öz meydanımızda oynayırıq. Mütləq qələbə qazanmalıyıq. İnanıram ki, sonda 3 xalı götürən tərəf də biz olacağıq.
- Əksər klublar artıq "Qarabağ"ı çempionluq münasibəti təbrik ediblər. Bu isə Ağdam klubunun düşərgəsində narazılıqla qarşılanır. Sən necə, "Qarabağ"ı çempion görürsən?
- Düz deyirlər. Onların fikirləri ilə tamamilə razıyam. Çempionluq təmin olunandan sonra təbrik eləmək olar. Heç nəyi bilmək olmaz. O qədər dedilər ki, komanda iki oyundu qələbə qazana bilmir. Bizə də uduzsalar, eniş olacaq. Əlbəttə ki, çempion olanda sevinəcəyik, təbrik edəcəyik. İnşallah, çempion olarlar.
- Əgər bu turda "Qarabağ"ı məğlub eləsəz, "İnter" də "Sumqayıt"ı yensə, "bankirlər"lə Ağdam klubu arasında xal fərqi 5-ə enəcək. Necə düşünürsən, sona 4 tur qalmış intriqanı geri qaytara bilərsiz?
- Biz özümüz üçün çalışırıq. "Bakı"ya 3 xal çox lazımdı. Avrokuboklara getmək üçün "Qarabağ"ı məğlub etməliyik. İntriqanı qaytarmaq haqda fikirləşməməliyik. Öz xallarımızı qazanmalıyıq. Çıxıb oyunumuzu oynamlıyıq. Qalan şeylər bizə aid olan məsələlər deyil. (sportinfo.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |