"ABŞ haqda çox danışmağa ehtiyac yoxdu" MÜSAHİBƏ
Milli komandamızın və "Bakı"nın müdafiəçisi Şəhriyar Əliyev müsahibə verib:
- Şəhriyar öncə səni təbrik edirəm. Milli komandaya dəvət aldın. Nə deyə bilərsən bu haqda?
- Çox sağol. İnanırsan milliyə çağrılmaq çox gözəl hissdi. Əsas milli başqa şeydi. Çox sevinirəm. Hamı məni təbrik edir. U-21 yığma komandası da bizimdi. Əsas milli tamam başqadı. İnşallah, məqsədim millinin daimi üzvünə çevrilməkdi. Komandanın əsas üzvü olmaq istəyirəm.
- ABŞ-la oyunda necə, səni əsas heyətdə görə bilərik?
- Bilmirəm, vallah. İnşallah əgər şans olarsa, bütün gücümlə oynayacam.
- Berti Foqts səninlə danışıb?
- Yox, danışığımız olmayıb.
- Deyəsən, Foqtsun dəvəti sənin üçün də gözlənilməz olub...
- Vallah, millidən dəvət gəlməyini çox istəyirdim. Şükürlər olsun, dəvət də gəldi. Təbii ki, bu şansdan maksimum istifadə etməliyəm.
- ABŞ-la matç haqda hansı fikirdəsən? Çoxları millimizin hətta böyükhesabla məğlub olacağını düşünür...
- ABŞ haqda çox danışmağa ehtiyac yoxdu. Onsuz da hamı bilir necə səviyyəli rəqib olduğunu. Biz də əlimizdən gəldiyi qədər yaxşı nəticə qazanmağa çalışacağıq.
- “Bakı” haqda da bir neçə sualım var. “Qəbələ” ilə oyunöncəsi çox şey danışıldı. Qalmaqal baş vermişdi. Komandanın bir üzvüsən. Ümumiyyətlə, “Bakı”da nə baş verir?
- Vallah, gördüyünüz kimi oyun oynadıq. Çətin oyun alındı. Çox söz-söhbət var idi. Ancaq hər şey ortada idi. Biz bütün komanda ilə “Qəbələ” matçına çıxdıq.
- Hətta söz-söhbət gəzirdi ki, legionerlər Qəbələyə getmək istəməyib. Yalnız sən və Aqil Məmmədovun təkidindən sonra razılıq verilbər...
- Qardaş, belə söhbət olmayıb. Əgər komanda getmək istəməsəydi, getməzdi. Məsələni bu qədər şişirtməyə ehtiyac yoxdu. Hamı oyunda idi gördüyünüz kimi. Başqa şərhə ehtiyac yoxdu.
- İki gün məşq etmədiyinizə görə, meydanda əsl “Bakı” yox idi. Razısan?
- Yox, mən deyərdim, “Qəbələ” həmin oyunu yaxşı oynadı. Əsasən də ilk hissədə güclü idi.
- Matçdan öncə avrokuboklar şansınız qalmışdı. Ancaq məğlubiyyət hər şeyin üstündən xətt çəkdi...
- Qəbələdə hər şeyi itirdik. Əlbəttə ki, “Bakı” kimi klubun Avropada olmaması bir az üzücüdü. Təəssüf ki, belə alındı.
- Hazırda komandada maliyyə böhranı olduğu deyilir. Bu gedişlə necə olacaq?
- “Bakı” böyük klubdu. Hər şey yaxşı olacaq. Çox adam çox şey danışır. Ancaq “Bakı”nın indiyə kimi kiməsə bir manat borcu qalmayıb. Bilirəm ki, pullarımız yüz faiz veriləcək. (sportinfo.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |