Millimizin yarımmüdafiəçisi Tuğrul Erat Düsseldorf “Fortuna”sı ilə müqavilə müddətini artırıb. Stadium.az xəbər verir ki, Almaniya klubu 22 yaşlı Eratla 30 iyun 2016-cı il tarixinə qədər yeni müqavilə imzalayıb.
“Mən bu mövsümdə ilk peşəkar addımlarımı atdığım klubla müqaviləni müddətini artırmağıma çox şadam. İndi mən daha iki il komanda ilə olacağam. Burada olduğum müddətdə “Fortuna” fantastik azarkeşləri olan xüsusi bir klubdur”, deyə Erat müqavilə imzaladıqdan sonra bildirib. Eratla müqavilə bağlanmasına dair klubun idman direktoru da fikirlərini bildirib: “Bu mövsümdə çətin vaxtlarımız olanda Tuğrul çox kömək etdi. O, həmçinin, əsas heyətə oyunçular verməyə qadir olan yaxşı gənc komandamız (U-23) olduğunu göstərdi. Bundan başqa, futbolçunun peşəkar karyeraya sıçrayış etməsi həmişə yaxşı əlamətdir”.