Əfran: "Bakı"dan getmək istəyirəm" - MÜSAHİBƏ
"Bakı" klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Stadium.az saytına müsahibəsi:
- Əfran salam, necədir işlər?
- Şükür, hər şey yaxşıdır. Görək də, sonrası
necə olacaq.
- Son oyunlarda niyə oynamırsan?
- Belimdə ağrılar var, həkimlər də bu barədə
bildirib. Buna görə də baş məşqçi sağlamlığıma görə risk etmək istəmədi. Sadəcə
bel ağrılarıma görə meydana çıxa bilmirəm.
- Bəlkə başqa səbəb var?
- Başqa nə səbəb olacaq ki? Heç bir səbəb
yoxdur. Sadəcə zədəmə görə oynamıram. Baş məşqçimiz də bunu yaxşı bilir.
- Bəlkə pullarınızı ala bilmirsiz deyə oynamaq
istəmirsiz?
- Yox, belə deyil. Mən bu komandanın futbolçusuyam
və meydana çıxacaq gücüm varsa oynamalıyam. Pulla heç bir əlaqəsi yoxdur.
- Həqiqətən pullarınızı ala bilmirsiz?
- İnşAllah hər şey yaxşı olacaq. Söz veriblər,
qarşıdakı günlərdə bu problem də həll olunacaq.
- Neçə aydı pul almırsız?
- Bu barədə danışmaq istəmirəm. Bu, klubla
futbolçusu arasında olan işdir.
- Axı pula görə komandada futbolçular üsyan
etmişdi. Məşq etmədiz, az qala “Qəbələ”ylə oyuna da getmirdiz?
- Bəs niyə getdik? Siz yazılanların hamısına
fikir verməyin. İnanın, heç də hər şey yazılanlar kimi deyil. İstəməsydik heç
getməzdik, amma belə bir şey yox idi. Bizim haqqımızada çox şeylər yazırlar.
- Deyilənə görə “Bakı”dan getmək istəyirsən?
- Ola bilər, amma klubla hələ bir illik müqaviləm
var.
- Konkret fikrin ədir, gedirsən, yoxsa
qalırsan?
- “Bakı”dan getmək də istəyirəm, qalmaq da. Dediyim
kimi, hələ bir illik müqaviləm var.
- Buraxsalar gedəcəksən?
- Hə, bax əsas məsələ budur. Buraxsalar bəli
gedəcəm.
- Hansı klublar səni istəyir?
- Bu barədə nəsə demək istəmirəm.
STADİUM.AZ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |