"Milliləşdirilən" legioner Azərbaycanı və azərbaycanlıları təhqir etdi! BİABIRÇILIQ
Biz heç vaxt özümüzə hörmət etməmişik. İfrat qonaqpərvərliyimiz isə həmişə başımıza bəla olub. Başımıza çıxarmışıq gəlmələri, onlar da özlərini rahat hiss edib, ordan düşməyiblər. Ancaq iki gün əvvəl baş verən hadisə son damla oldu. Olmalıdı!
Stadium.az Rekord.az-a istinadən xəbər verir ki, iyunun 7-də “Baku Fires” boks klubumuz WSB liqasının finalının ilk görüşündə Bakıda – “Sərhədçi” İdman Kompleksində Kubanın “Cuba Domadores”i ilə qarşılaşırdı. “Rabitə”nin yeni transfer etdiyi kubalı voleybolçular da tribunalara təşrif buyurmuşdu. Əlbəttə, onların həmyerlilərinə dəstək verməsi ən təbii haqqlarıdı. Buna görə heç kim onları qınaya bilməz. Ancaq...
5-ci döyüşün kubalı iştirakçısı Xulio Sezar La Kruz rinqə dəvət olunanda azarkeşlər rəqibi uğultuyla qarşıladı. Bunu olduqca sərt qarşılayan “Rabitə”nin 4-cü zona oyunçusu Vilma Salas Rosell isə üzünü onlara tutub nümayişkaranə şəkildə orta barmağını göstərdi. Buna izah tapmaq çox çətindi. Çünki əvvəla, Vilma sıravi insan yox, peşəkar idmançıdı. Ola bilməz ki, karyerası boyunca heç vaxt azarkeş uğultusuyla üzləşməsin. Görəsən, Salas o zaman da üzünü tribunalara tutub həmin ədəbsiz jesti edibmi? Bəlkə Rosellin “yuuuu” hayqırtısının təhqir ifadəsi yox, rəqibə təzyiq vasitəsi olduğundan xəbəri yoxdu? Belədisə, onda icazə verin, bu voleybolçunun peşəkarlığına şübhəylə yanaşaq. “Rabitə”yə məsləhət görürük ki, azarkeşlərin davranışlarının nə məna kəsb etdiyini anlamayan voleybolçusuna belə şeyləri başa salsın. Əks halda, sabah Çempionlar Liqasında keçirəcəkləri səfər oyununda da Vilma rəqib fanatlara qarşı eyni addımı atıb, özünü və komandasını pis vəziyyətdə qoya bilər.
Ən acınacaqlısı bilirsiz nədi? Bizim klubdan aldığı yüzminlər hesabına gözünə işıq gələn, yeyib-içib kef çəkən və... “MİLLİLƏŞDİRİLƏN” voleybolçu bizə qarşı belə iyrənc hərəkət edir. Bundan o yanı ola bilməz. Bu, rəzalət sözünün belə ucuz qaldığı andı. Bu da bizim qonaqpərvərliyin nəticəsi. Onu-bunu başımıza çıxarmaqla, ordan-burdan legionerləri ölkəmizə urcah eləməklə, özümüzküləri heçə sayıb özgəsini əziz tutmaqla gəldiyimiz son bax budu. Baxın, ey başbilənlər! Baxın və ortaya çıxardığınız “sənət əsəri”ndən zövq alın!
Hadisənin canlı şahidlərindən olan jurnalist həmkarımız Sərxan Musalı baş verənlər haqda fikirlərini belə açıqlayır: “Bəlkə də aranızda “əşi bir qələtdi edib, bəlkə ani hisslə hərəkət edib, final həyəcanıdı” və sair tipli fikirləri beynindən keçirənlər var. Məhz belə düşünənlər olmasın deyə səbirli davranıb sona kimi gözlədim. Kubalılar çempionluğu bayram edib qurtardıqdan sonra voleybolçuya yaxınlaşıb bu hərəkətinin izahını tələb etdim. Aldığım cavab isə dəhşət idi: “Bu elə-belə şey idi. Bəs azarkeşlərin uğultu etməsi doğrudu?” Bu sözlərdən sonra matım-qutum qurudu. Bəlkə də Vilmanın vətənində hər hansı insan istədiyi an orta barmağını başqasına göstərə bilər. Bəlkə heç bu jest onlarda ciddi təhqir də sayılmır. Amma bizdə nəinki qadınların, heç kişilərin də bu davranışı etməsi bağışlanmır. Necə ki, Mahir Şükürov buna görə ictimaiyyətin kəskin tənqidiylə üzləşib.
Sonda üzümüzü ölkənin başqalarıyla müqayisədə daha peşəkar voleybol klubu olan “Rabitə”nin rəhbərliyinə tuturuq. Tərbiyədən, mərifət və qanacaqdan yoxsul oyunçunuzun başına ağıl qoyun, ondan izahat alın və bütün Azərbaycan xalqından üzr istəməyə məcbur edin! Əks halda, ictimaiyyətin qınaq obyekti altında əziləcəksiz!
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |