HAFİZ MƏMMƏDOV HEÇ KİMİ ALDATMIR! - "BAKI" HAQDA YAYILAN BANK XƏBƏRLƏRİ YALAN ÇIXDI
Maliyyə çətinlikləri içində çabalayan "Bakı" ilə bağlı ilginc xəbərlər gəlməkdə davam edir. Aylardı futbolçuların maaşını, təlim-məşq bazasının kommunal xərclərini ödəyə bilməyən klubda daha ciddi problemlər var.
Belə ki, "Bakı"nın bəzi futbolçuları yaxınlarda şok xəbərə üzülüb. Klubla müqavilə bağlayarkən 400 min dollarını “Bank Of Azerbaijan” bankına əmanət edən Əfran İsmayılov bu günlərdə hesabında qara qəpiyin də olmadığını bilib. Bu barədə məlumatı futbolinfo.az-ın yaymasını xatırladaq.
Publika.az isə “Bakı”nın daha bir futbolçusu - Elvin Əliyevin də eyni aqibətlə üzləşdiyini iddia edib: "Onun banka depozit kimi yerləşdirdiyi 350 min dolları yoxa çıxıb. Futbolçular vəsaitlərini banka depozit kimi qoymaqla əlavə faiz qazanmaq istəsələr də, əllərindəkini də itiriblər. Onlar bunun səbəbini araşdırarkən bəlli olub ki, klubdan futbolçuların adına kredit götürülüb. Krediti isə depozit kimi qoyulmuş vəsaitdən çıxıblar. Konkretləşdirsək, sabiq “Texnikabank”ın filiallarında baş verən kredit oyunu burada da təkrarlanıb. Depozit yerləşdirən şəxsin adına kredit xətti açılıb. Xüsusilə bankın əlində sənədlər olduqda bu prosedur çox asan həyata keçirildiyindən “kərə yağından tük çəkirlər” kimi idmançıların hesabları sıfırlandırılıb.
Ötən ayadək “Bank Of Azerbaijan”ın Müşahidə Şurasının sədri Hafiz Məmmədov olub. İş adamının müflis olması ilə bağlı xəbərlər yayılandan sonra onu bu vəzifədə Mehman İsmayılov əvəzləyib. Bu arada futbolçuların bankdakı pullarının məbləğinin 100 min manatdan yuxarı olması da maxinasiyaya geniş imkan yaradıb. Çünki Əmanətlərin Sığortalanması Fondu 30 min manata qədər yerləşdirilən əmanətləri sığortalayır. Ondan yuxari məbləğ artıq Allahın ümidinə buraxılır. İndi futbolçular kimə müraciət edəcəklərini bilmirlər. Əldə etdiyimiz məlumata görə, vəsiti yoxa çıxan futbolçular “Bakı”nın prezidenti Hafiz Məmmədovla görüşmək istəsələr də, buna nail ola bilməyiblər. Aldığımız ən son məlumata görə, 400 min dollarının bankda yoxa çıxmasından sonra çətin duruma düşən Əfran İsmayılov bahalı maşınını satmaq məcburiyyətində qalıb".
Dünən və bu gün mediada gedən başlıqlarla sizi tanış etdik. İlkin təsəvvürünüz olsun deyə. Sportinfo.az tamam fərqli informasiyalar əldə edib. Apardığımız araşdırma nəticəsində müəyyən etmişik ki, əslində, nə adları çəkilən, nə də digər yerli futbolçuların bankda hesabı var. Çoxluq ibadət əhli olduğu üçün faizlə əlavə pul qazanmaqdan imtina edib. Sadəcə, ötən ilin yanvarından komandanın maaşları bank vasitəsilə ödənilib.
Həmin tarixdən əlbəəl maaş paylanmayıb, bu proses oyunçuların hər birinə verilən xüsusi kartla yerinə yetirilib. 2013-cü ilin son rübündən başlayaraq ödəmə sistemində dəyişikliyə gedilib. Hesabına vəsait köçürülən futbolçuya 24 saat ərzində ondan yalnız 500 manat götürməyə icazə verilib. Bu ilin əvvəlindən isə məvaciblərin sahiblərinə çatmasında başqa bir problem ortaya çıxıb. Belə ki, bankın fəaliyyətini araşdırmağa gələn audit qrupu yoxlamalar bitənədək əməliyyatların yerinə yetirilməsinə "veto" qoyub. Klubun futbolçuların adından pul çəkməsi iddiası bu səbəbdən əsassızdı. Hafiz Məmmədovun sədrlikdən getməsi isə bankın ondan alınması anlamına gəlməməlidi…
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |