Azərbaycanın birinci xanımı Yunanıstanda Fəxri mükafata layiq görüldü
Yunanıstanın Afina şəhərində Beynəlxalq Olimpiya Akademiyasının təşkil etdiyi Gənc İştirakçıların 54-cü Beynəlxalq Sessiyasında Beynəlxalq Olimpiya Akademiyası ilə Azərbaycan arasında əməkdaşlığa və Azərbaycan gənclərinin Olimpiya təhsilinə böyük töhfə vermiş Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Beynəlxalq Olimpiya Akademiyasının “OLİMPİYA” fəxri mükafatı təqdim edilmişdir. Stadium.az xəbər verir ki, Fəxri mükafat Təhsil və Olimpiya Hərəkatına və Beynəlxalq Olimpiya Akademiyasının işinə töhfə vermiş görkəmli şəxslərə təqdim olunur.
Məlumat üçün bildirək ki, Azərbaycan ilə Beynəlxalq Olimpiya Akademiyası arasında sıx əməkdaşlıq mövcuddur. Akademiyanın prezidenti İsidoros Kuvelos və direktoru Dionisis Qanqas ilə 2013-cü ildə Gənclər və İdman Nazirliyində keçirilmiş görüş zamanı Beynəlxalq Olimpiya Akademiyasının professor və müəllimlərinin Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında Olimpiya təhsili mövzusunda mühazirələrlə çıxış etmələri, azərbaycanlı tələbələrin həmin akademiyada təhsil alması, Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş tələbə-gənclərin Beynəlxalq Olimpiya Akademiyasına təcrübə məqsədi ilə səfərlərinin təşkili, beynəlxalq idman tədbirlərində çalışan könüllülər və idman jurnalistləri üçün qısamüddətli kursların təşkili və digər məsələlərlə bağlı əməkdaşlığa dair razılıq əldə edilmişdir. 11-25 iyun 2013-cü il tarixdə Yunanıstanda Beynəlxalq Olimpiya Akademiyası tərəfindən təşkil edilmiş Gənc iştirakçıların 53-cü sessiyasında Azərbaycandan 6 nəfər iştirak etmişdir. 02-13 avqust 2013-cü il tarixdə Akademiyada Azərbaycandan 40 gənc məşqçi-müəllimlər, idman jurnalistləri, fəal gənclər və könüllülər üçün Olimpiya Yay Məktəbi təşkil edilmişdir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |