Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "İnter"in cavabt matçında qarşılaşacağı "Tiraspol"la oyunu canlı yayımlanacaq. Stadium.az xəbər verir ki, bu matç İdman Azərbaycanın canlı yayımında olacaq.
"Şəfa" stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. Qeyd edək ki, bu komandalar arasındakı Moldovadakı matçda "İnter" rəqibinə qalib gəlmişdi - 3:2.