Berti Foqts: "Almaniyanın Braziliyanı məğlub edəcəyini bilirdim"
"Almaniyanın Braziliya üzərində qələbəsi yox, oyunda qeydə alınan hesab təəccüblü oldu. Mən Almaniya və ya digər Avropa komandasının Braziliyanı məğlub edəcəyini bilirdim. Oyundan öncə 4:1 hesabını proqnoz versəydim, mənim dəli olduğumu düşünərdilər". Stadium.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibəsində deyib.
Almaniya yığmasının "DÇ-2014"ün yarımfinalında Braziliyanı 7:1 hesabı ilə darmadağın etməsinə münasibət bildirən 67 yaşlı mütəxəssis bu haqda belə deyib: "Braziliya belə hesabla uduzduğu üçün məyus oldum. Çünki bu komanda hər zaman dünya çempionatlarında yaxşı oyunu ilə seçilib. Lakin Almaniya da güclü komandadır. Yoahim Löv rəqibi yaxşı analiz etmişdi və onun komandası taktiki cəhətdən oyuna hazır idi. Bu da özünü oyunun nəticəsində göstərdi".
Hollandiya millisinin "DÇ-2014"ün finalına yüksələ bilməməsinə toxunan almaniyalı mütəxəssis "narıncılar"ın problemlərindən danışıb: "Almaniya finalda Hollandiya ilə qarşılaşsaydı, daha yaxşı olardı. Lakin onları, Aryen Robbeni, Robin van Persini yaxşı tanıyırıq. Hollandiya millisinin problemi ondadır ki, bu komandanın çox az futbolçusu böyük klublarda oynayır".
ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmanın məsləhətçisi kimi Braziliyada keçirilən dünya çempionatına yollanan Berti Foqts millimizin "Avro-2016"nın seçmə mərhələsindəki rəqibləri haqda da danışıb: "Azərbaycan millisi ilə müqaviləm var. Komandamı "Avro-2016"nın seçmə mərhələsinə hazırlamalıyam. İlk oyunumuz Bolqarıstana qarşı olacaq. Sonra İtaliya və Xorvatiya ilə qarşılaşacağıq. Bunlar asan rəqiblərdir (gülür). Bunu siz də görəcəksiniz".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |