“Qarabağ”la cavab oyununda da fədakarlıq edəcəklər”
“Bizim əsas məqsədimiz qapımızdan qol buraxmamaq idi. Komandam keyfiyyətli oyuna üstünlük verdi. Düşünürəm ki, görüşün sonuna qədər təzyiqlərimizi davam etdirsəydik, mütləq rəqibdə hansısa boşluqlar aşkar edəcəkdik. Beləliklə də hesabı bərabərləşdirə bilərdik”.
Stadium.az xəbər verir ki, bu sözləri “Valletta” klubunun baş məşaçisi Qilbert Aqius Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan (0:1) sonra deyib.
O, komandasının məğlubiyyətini “Qarabağ”ın daha güclü olması ilə əlaqələndirib: “Oyuna ən düzgün şəkildə hazırlaşmışdıq. Komandam rəqibə yaxşı müqavimət göstərirdi. Ancaq bu faktdır ki, “Qarabağ” ardıcıl bir neçə il Avropa Liqasında uğurlu çıxış edən komandadır. Rəqibin heyətində güclü futbolçular var. Əsasən də üç braziliyalı yarımmüdafiəçini (Reynaldo, Çümbinyo, Almeyda) qeyd edə bilərəm. Hansı ki, onlar həm orta sahədə oyun qurur, həm də sürətli hücumlar təşkil edirdilər”.
Q.Aqius “Qarabağ”ın “Valletta”dan aşkar üstün olduğunu etiraf edib. Bununla belə o, cavab oyununa ümidlə yanaşdığını da bildirib: “İki komanda arasında böyük keyfiyyət fərqi var. Ancaq təslim olmaq fikrində deyilik. Futbolçularımı cavab oyununa çox yaxşı hazırlayacağam. İnanıram ki, onlar bacardıqları ən yaxşı oyunu göstərəcəklər. “Valletta” çempionluq yarışında böyük xarakter göstərib. İnanıram ki, “Qarabağ”la cavab oyununda da fədakarlıq edəcəklər”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |