Qurban Qurbanov: "Admir Telini bağışlamaq olmaz"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zalsburq"la oyundan danışdı. Stadium.az xəbər verir ki, Ağdam klubunun 2:1 hesablı qələbəsiylə başa çatan oyundan sonra baş məşqçi bunları söylədi:
- Azarkeşlərimizə çox sağ ol demək istəyirəm. Son illərdə bu qədər dəstək verən azarkeş görməmişdim. Hər kəs bizim qalib gəlməyimizi istəyirdi. Rəqib həqiqətən də çox güclüdü. İkinci hissə başlayanda problemlərimiz oldu. Daha sonra müdafiəyə fikir verdik. Çalışırdıq ki, rəqibə imkan verməyək. Şükürlər olsun ki, qələbə qazandıq. Belə bir komandaya qarşı qələbə qazanmaq bizim üçün vacib idi. Səfərdə də belə mübarizə aparan "Qarabağ" görəcəksiz.
- Sizin gözlədiyiniz "Zalsburq" bu idi?
- Bundan da güclü görmüşdüm. Ancaq qırmızı vərəqə almağımız planlarımızı pozdu. Etiraf edim ki, mən buna hazır deyildim. Başqa planlarımız vardı, Admirin qırmızı vərəqə alması bütün planları korladı.
- Fasilədə
Admir Teli ilə danışığınız oldu?
- Admir qırmızı
almaqla səhvə yol verdi. Kapitan sarğısını yerə atmağına inanmıram. Belə bir
vəziyyətdə onun hansı hisslər keçirdiyini siz, biz başa düşmərik. O, bunu özünə
bağışlamaz. Belə bir vaxtım da
yox idi ki, onunla nəyisə müzakirə edim. Onun ilk sarı vərəqəsi düzgün deyildi. Onun bu hərəkətini bağışlamaq olmaz. Çox böyük səhv etdi. İnanmıram ki, ö, özünə bunu bağışlasın.
- Oyun ərzində
dördüncü hakimə etirazlarınız oldu. Reynaldonun qırmızı vərəqəsi ilə bağlı
şikayət etmək istəyirsizmi?
- Mənə elə gəlir ki, hakimlər belə ajiotaj gözləmirdi. Mən etiraz yox, müzakirə edirdim. Onlara sakit olmağı məsləhət gördüm. Reynaldonun qırmızı vərəqəsi ilə bağlı şikayət edəcəyik. Ukraynalı hakimlər Azərbaycanda bu stadiona bu qədər insanın gələcəyini gözləmirdi. Məncə hakimlər bu ajiotaj hazır deyildilər.
- Heyətdə itkilər
çoxdu. Bununla bağlı hansı planlarınız olacaq?
- Qırmızı vərəqələrdən başqa itki yoxdu. Bu gün Reynaldo yoxdusa, Vüqar var. O, Reynaldonun mövqeyində oynamağa layiqdi. Düşünürəm ki, Nadirov səfərdə rəqibə başağrısı olacaq.
- Qara Qarayev
yaxşı oynadığı halda onu niyə əvəzlədiz. Çumbinyonu əvəzləmək olmazdı?
- Qara həqiqətən də yaxşı oynadı. Çumbinyonu da əvəzləmək olardı. Ancaq Qarayevin də, Almeydanın da sarı vərəqəsi var idi. Buna görə də, Qaranı əvəzlədim. İbrahim Şehiç uğursuz çıxış etməklə səhvə yol verdi. O, daha diqqətli olmalıdı.
- Çempionlar
Liqasının qrupunda oynamağı hədəfləyən komandanın iki eyni səviyyəli heyəti
olmalıdı. Ancaq AFFA-nın legionerlərə növbəti mövsümdə tətbiq etdiyi limit
komandada iki Reynaldo, iki Çumbinyo saxlamağa imkan vermir. Bu məqamda
AFFA-nın ideyasının uğursuz olduğunu düşünmürsüz?
- Sizin fikirlərinizlə razıyam. Nə qədər döşəyirsiz, döşəyin, gəlsin.
- Reynaldo və Teli səfər oyunlarına aparılacaq?
- Bu gün hər
futbolçu heyətdə oynamağa layiqdi. Onlar qırmızı vərəqə alsalar da, bizimlə
səfərə gedəcəklər. Onların futbolçularla bir yerdə olması müsbət haldı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |