"Bakı" AFFA rəsmilərinə haqlı olduğun sübut edir - ASSOSİASİYADA ALƏM QARIŞIB
"Bakı" klubu istəyində israr edir. Stadium.az xəbər verir ki, klub “Qarabağ”a gedən Namiq Ələsgərovla Şəhriyar Əliyev, “Simurq”a keçən Vadim Abdullayevlə Vüqar Mustafayev üçün konpensasiya almaqda sona kimi gedəcək. AFFA bu 4 futbolçuya azad agent status versə də, “Bakı” bunun səhv olduğun düşünür. AFFA futbolçulara azad agent statusun verdiyi zaman, klubun onlara əmək haqlarını vermədiyin əsas götürərək belə addım atıb. “Bakı” isə qarşı tərəfə rəsmi sənəd göstərir ki, futbolçulara kifayət qədər pul verilib. AFFA isə bu sənədlər qarşısında aciz qalaraq, “Qarabağ”la “Simurq”u razı salmağa çalışır ki, “Bakı”ya istədiyi pulu versinlər. Çünki burda səhvi məhz federasiya rəsmiləri edib. Çünki qərar qəbul olunan zaman “Bakı” tərəfindən heç bir soruşulmayıb. Bununla bağlı “Bakı”nın vitse-prezidenti Yaşar Seyidovun da fikirlərin öyrəndik. Yaşar müəllim AFFA-nın xətrinə dəyməsə də, haqlı olduqların bildirdi:
"İyulun
17-də OSTK-ya (Oyunçuların
Statusu və Transferi Komitəsi) müraciət etdik. Ünvanladığımız
məktubda sözügedən futbolçulara azad agent statusu verilməməsini xahiş etdik.
Bu quruma futbolçuların müqavilə əsasında aldıqları vəsaitə dair sənədləri
təqdim etməyə hazır olduğumuzu bildirdik. Bundan sonra daha bir analoji
məktubla müraciət etdik. Bizə cavab verilmədi. Əvəzində avqustun 5-də bu
futbolçulara azad agent statusu verdilər. Avqustun 6-da isə, yəni azad agent
statusu verildikdən sonra, bizə OSTK-dan məktub daxil oldu ki, futbolçulara
ödənilən maliyyə vəsaiti barədə sənədləri təqdim edək.
Aylıq
maaşları 500 manatdı. On ay ərzində 5 min manat pul almalı idilər. Öz imzaları
ilə 30 min manat almalarına dair sənədlər var.
Məsələni
AFFA rəhbərliyi səviyyəsində həll edəcəyik. OSTK düzgün qərar çıxarmayıb.
Əminik ki, məsələ xeyrimizə həll olunacaq və tələb etdiyimiz kompensasiyanı
alacağıq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |