Branimir Subaşic: "Əsas odur ki, millimizin qələbəsi evdə çox olsun"
Bir neçə gün öncə DÇ-2014-ün püşkatması keçirildi. Püşkatma zamanı rəqiblərimizin adlarına aydınlıq gəldi. Qrupumuza düşən millilərin hamısı ilə bugünə kimi qarşılaşmışıq.
Stadium.Az saytı xəbər verir ki, millimizin sabiq üzvü, ötən mövsüm "Qəbələ"nin formasını geyinən hazırda isə klubsuz olan Branimir Subaşiç püşkatmanı dəyərləndirib:"Millinin rəqiblərini dəyərləndirərkən, hansı rəqibin asan, hansının güclü olduğunu söyləmək çətindir. Çünki hazırda zəif rəqib anlayışı yoxdur. Hər bir komanda inkişafdadır. Ancaq fikrimcə orada bəzi millilər var ki, onlarla başa-baş mübarizə aparıb xal qazanmaq olar. Əsas odur ki, millimizin qələbəsi evdə çox olsun, gücümüz də çatsa, səfərdən xal gətirək. Fikrimcə milli qarşıdaki tsikldə daha uğurlu çıxış edəcək".
Futbolçu millidən təklif gələcəyi halda, həmin görüşlərdə də oynaya biləcəyini söylədi: "Təbii ki, həmin matçların start götürməsinə hələ çox var. O vaxta kimi tam hazır vəziyyətdə olmaq istəyirəm. Yaxşı formada olsam və millidən də təklif gələrsə, yenidən millinin şərəfini qorumaq istəyərdim".
AVRO-2008-in seçmə mərhələsində Portuqaliyaya qarşı forma geyinən futbolçu həmin matçı xatırlayaraq, hazırki millinin həminkindən zəif olduğunu dedi: "O vaxt bizim qrupumuza da zəif rəqiblər düşməmişdi. Portuqaliya millisi ilə oyunlari da çox yaxşı xatırlayıram. Portuqaliya ilə oyundan öncə Polşaya qol vurmuşdum və özümə güvənim daha da artmışdı. Oyuna da pis başlamamışdıq. Ancaq onlar 10 dəqiqədən sonra qollarını vurdular. İlk hissəni də 2:0 qalib tamamlamışdılar. Həmin görüşün böyük hissəsini meydançada on nəfərlə mübarizə apardıq. Mənim də qol vurmaq üçün imkanım olmuşdu. Yaxşı oynasaq da, məğlub olmuşduq".
DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində is səfərdə Rusiya millisinə qarşı oynayan Subaşiç həmin matçı da xatırladı: "Bəli, bu görüş də mənə çox yaxşı tanışdır. Rusiyaya qarşı layiqli mübarizə apara bilmişdik. İlk yarıda meydançada oldum və qol vurmaq üçün əlimdən gələni etdim. Bu qarşılaşma da məğlub olmağımıza baxmayaraq, məncə Rusiya kimi milliyə qarşı sonacan döyüşkən mübarizə apara bilmişdik".
Sonda isə serb əsilli futbolçu millimizə uğurlar arzuladı: "Milliyə qarşıdaki tsikldə uğurlar arzulayıram. Qarşıdaki tsikldə daha çox xal toplamalarını arzu edirəm".
Premyerliqa.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |