"Xəzər-Lənkəran"lı azarkeşlər Mais Mənsimova müraciət etdi
"Xəzər Lənkəran" klubu ətrafında baş verən hadisələr minlərlə azarkeşin narahatçılığına səbəb olub. Stadium.az saytı xəbər verir ki, azarkeşlər müxtəlif yollarla klubun yeni strategiyasına etirazlarını bildirir və "Xəzər Lənkəran"ı əzəmətli klub olaraq yaşamasını arzulayırlar. Belə ki, komandanın azarkeşləri adından bu gün klubun prezidenti Mais Mənsimova müraciət ünvanlanıb. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
"Xəzər Lənkəran" klubunun prezidenti Mais Mənsimova.
Cənab Mənsimov, ilk növbədə sizə, "Xəzər Lənkəran" klubunu yaratdığınız üçün təşşəkkür edirəm . Klubun yarandığı qısa zaman kəsiyində bir dəfə ölkə çempionluğunu, üç dəfə ölkə kubokunu, bir dəfə MDB kubokunu, iki dəfə gümüş medal qazanmanı, ən əsası isə minlərlə azarkeşin sevgisini əldə edilməsini klubun fəaliyyətində nailiyyət saymaq olar. Elə ən düzgün strategiya da budur. Avro kuboklar da hansısa uğurlarımızın olmamasını normal qarşılamaq lazımdır. Beləki, nə bizim həyat səviyyəmiz, nə futbol anlayışımız, nə də peşəkarlığımız Avropa ilə eyni deyil. 150-illik tarixi olan bu idman növü üzrə təcrübəli Avropa klublarıyla ayaqlaşmaq və bir neçə il ərzində böyük nailiyyətlər əldə etmək asan deyil. Amma bu mümkünsüz də deyil. Bunun üçün isə ümid və səbirlə avropa futboluna bələd olan peşəkarlarla, öz işini sevən mütəxəssislərlə çalışmaq, onlara dəstək olmaq lazımdır. Bu işi eyni zamanda uşaq futbolunda da tətbiq eməklə klubun gələcəyini sığortalamaq vacibdir. Əks halda inkişaf yox tənəzzül qaçılmazdır. 20-illik tarixi olan klublarımızın böyük hesablı biabırçı nəticələri buna sübutdur. Ən yaxşı yerli futbolçularımızın oyunları, milli komandamızın nəticələri göz qabağındadır. Transferlərdən və legionerlərdən imtina edən "Qarabağ" klubunun gerilədiyi yəqin ki, bu komandanın son oyunlardan da görünür. Yeri gəlmişkən Premyer Liqanın bombardirinin də bu komandanın heyətində çıxış edən legioner olduğunu da xatırladım.
Mais bəy,"Xəzər Lənkəran"ın şöhrəti bir çoxlarında qıcıq və paxıllıq yaradır. Onların daha geniş imkanları , nüfuz dairələri olduğu halda bizdən zəif komandaya sahib olmaları onlara rahatlıq vermir. Bizi istəməyənlər, bizi zəiflətmək, komandanı iddiasız, aciz, gələcəyi qaranlıq bölgə klubuna çevirmək üçün daha geniş fəaliyyətə başlamışlar. Mən sadə bir azarkeş kimi öz adımdan və bütün tanıdığım azarkeşlərin adından sizdən xahiş edirəm , indiyə kimi tutduğunuz yoldan çəkinməyin. Bu bizim istədiyimiz və bəyəndiyimiz yoldur.
Futbol azarkeşlər üçün oynanılır deyimi vardır. Bunu hamı deyir, amma heç kəs azarkeşin fikrini soruşmur. Biz "Xəzər Lənkəran"ı iddialı, daim inkişaf edən, işində Mirça Rednik kimi peşəkarlara güvənən, azarkeşlərinin fikirlərinə hörmət edən klub kimi görmək istəyirik.
Uşaq futbolunun inkişafı üçün əsas komandanı zəiflətmək lazım deyil, aşağı yaş qruplarına diqqəti artırmaq, peşəkar və avropa futbolunu bilən məşqçilərlə işləmək üçün şərait yaradılmalıdır. İddiasız komandada yetişən gənc futbolçu da elə iddiasız olar.
Sizdən xahiş edirəm, uğura getdiyiniz yoldan çəkilməyin, kim nə deyirsə desin, biz bu yolda həmişə sizinləyik.
Biz birlikdə güclüyük !
Bizi özümüzdən yaxşı kimsə sevə bilməz !
Mənimlə eyni fikirdə olan minlərlə azarkeşin istəyini nəzərə alacağınıza ümid edirəm.
12cioyuncu.info
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |