Ehiosun Ekiqo : "Simurq"la oyundan xalsız qayıtmayacağıq"
Bu həftə keçiriləcək Premyer Liqanın V turunda “Qəbələ” səfərdə “Simurq”la qarşılaşacaq. Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar”ın mövsümlərarası fasilədə heyətinə qatdığı nigeriyalı Ekiqo Ehiosun qarşıdakı matçla bağlı fikirlərini gabalafc.az-a açıqlayıb:
“Hər qarşılaşmada olduğu kimi bu dəfə də bütün bacarığımızı meydanda qoyacağıq. Zaqataladakı görüşdə əzmlə mübarizə aparacağıq. Biz meydanda hər şeyi, o cümlədən son oyunun nəticəsini unudub, yalnız matça köklənirik. Ümid edirəm ki, “Simurq”la səfər oyunundan xalsız qayıtmayacağıq. Uğurları sıralamağa nə qədər tez başlasaq, bir o qədər yaxşıdır”.
24 yaşlı hücumçu çempionatın ilk 4 turunu da dəyərləndirib: “Arxada qalan 4 oyun haqqında çox şey deyə bilmərəm. Hər ötən oyun növbəti qarşılaşmada nələrisə daha yaxşı etmək üçün bir addımdır. Bu da çox yaxşı olmasa da, pis də deyil”.
“Qəbələ”də debütü mövsümün startına təsadüf edən Ekiqo Premyer Liqanın 4 oyununda meydana çıxıb. Nigeriyalı qarşıdakı turlarda komandaya daha faydalı ola biləcəyini düşünür: “Premyer Liqanın startı mənim üçün Azərbaycanda debütlə əlamətdar oldu. Bu oyunlardakı çıxışımı dəyərləndirsəm, deməzdim ki, yaxşı olmadı. Amma daha da artırmaq üçün potensialım var. Bunların ilk matçların olduğunu nəzərə alsaq, növbəti oyunlar üçün daha çox çalışmalıyam. Mən də daha yaxşı oynayıb, komandama daha faydalı olmaq üçün əlimdən gələni edəcəyəm”.
Azərbaycan Premyer Liqası haqda nə isə demək tezdir. Çünki arxada cəmi 4 oyun qalıb. Lakin bu qısa müddətə əsasən çempionatın zəif olmadığını deyə bilərəm. Bir sözlə, bura gəlməyimə dəyərdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |