«Elçin Məmmədov 72 dəqiqə Mirça Redniki izlədi»
REFERİ LƏNKƏRANLA AZARKEŞİN KAMERASINA YAXALANDI
Premyer Liqanın ilk turunda "Fırtınalar meydanı"nda keçirilən "Xəzər Lənkəran" - "Sumqayıt Şəhər" komandalarının oyunu zamanı matçın dördüncü hakimi Elçin Məmmədov azarkeşlərin diqqət mərkəzində olub. Stadium.az saytı xəbər verir ki, "Xəzər Lənkəran" komandasının ev oyunlarında daim stadionun "K"rnsektorunda məskunlaşan azarkeşlərdən biri bütün oyun boyu Elçin Məmmədovun hərəkətlərini həvəskar kamera ilə çəkirmiş. Bu haqda «12cioyunçuya» adının açıqlanmasını istəməyən həmin azarkeş özü xəbər verib. Səbəbini soruşduqda isə azarkeş maraqlı fikirləri ilə diqqət çəkib: " Elçin Məmmədov "Xəzər Lənkəran" komandasına zərbə vurmaq üçün həmişə xüsusi missiyanı yerinə yetirir. Uzağa getməyək, 2009/10 mövsümü boyu Ağasəlim Mircavadovun rəhbərliyində "Xəzər Lənkəran" ümumilikdə 6-dəfə məğlub olmuşdusa, həmin oyunların 5-də Elçin Məmmədov baş hakim olmuşdu və onun ən çox sarı kart göstərdiyi qapıçı da Kamran Ağayev idi. Mirça Rednikin gəlişindən sonra isə o, iş mexanizmində bəzi dəyişikliklər edib dördüncü hakim qismində klubumuza zərbə vurmağa nail olub. İki misalla fikrimi çatdırmağa çalışacağam. "Neftçi" üzərində 4:3 hesablı qələbə ilə bitən kubok oyununda Mirça Rednikin papağını yerə tullaması zamanı guya onun söyüş söyməsi iddiası ilə dördüncü hakim Elçin Məmmədov matçın baş hakimi Anar Salmanova yanlış məlumat vermiş və özü də protokolda bu haqda yazmışdı. Yenə kubok yarışmasının "Bakı" ilə paytaxtda keçirilən cavab oyununda protokola iftira dolu qeydlər edərək, güya Mirça Rednikin Azərbaycan xalqını təhqir etməsini iddia etmişdi. Bunları nəzərə alaraq mən də bu mövsümün ilk oyununda Elçini kameranın nişangahında saxladım. Düzü, Məmmədov bu oyunda bir şey edə bilmədi, ancaq onu da deyim ki, o 72-dəqiqə Mirça Redniki izləmişdi. O Rednikin az qala hər hərəkətinə elə diqqətlə baxırdı ki, bəzən oyunu da yaddan çıxarırdı".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |